Arxiv
19 Sentyabr 2020, 11:28 | AKTUAL
Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ

Son parlament seçkilərindən sonra ali qanunverici orqanın ölkənin ictimai-siyasi həyatındakı rolunun müsbət istiqamətdə dəyişini demək olar.  Təbii ki, kifayət qədər problemlər, çatışmazlıqlar var, amma ümumən müəyyən irəliləyişin  olduğunu vurğulamaq lazımdır.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyev “Unikal” qəzetinə müsahibəsində də qanunverici hakimiyyətin mövcud durumundan və proseslərə təsir imkanından danışıb. 

 

-Etibar bəy, uzun illər ictimai-siyasi fəal, vətəndaş cəmiyyətinin nümayəndəsi, təhsil eksperti kimi fəaliyyət göstərmisiniz. Artıq 6 aydır ki, parlamentdə təmsil olunursunuz. Hansı fərq var, cəmiyyətə hansı müstəvidə daha çox xeyir vermək olur?

-Mənim məşğul olduğum sahə, elm və təhsil sahəsinin tutumu çox böyükdür. Milli Məclisin elm və təhsil komitəsi və İdman və Gənclər Komitəsində təmsil olunuram. Elmin və təhsilin problemləri bitib tükənməzdir. Çalışırıq ki, ölkəmiz elm və təhsil sahəsindəki gerilikləri aradan qaldırsın. Cəmiyyətdə ekspert institutunun nümayəndəsi kimi iştirak etmək daha faydalıdır. Elmlə təhsilin vəhdətinə heç vaxt indiki dövr kimi zərurət yaranmayıb. Artıq imitasiyalar işləmir. Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var. QHT-lərin sistemli fəaliyyətinə ciddi ehtiyac duyulur.  Hökumət də bu məsələyə önəm verir. Hər halda hər iki sahə mənim üçün doğmadır.

 

-Milli Məclisdə təmsil olunmağınız Sizə şəxsi və ümumi mənada hansı imkanlar yaratdı, yaxud hansı çətinlikləriniz var?

-Milli Məclisdə təmsil olmaqla mənim yaşayışım, həyat tərzimdə elə bir ciddi dəyişiklik olmadı. Olmayacaq da. Mənim üçün Milli Məclisdə təmsil olunmağın ən böyük üstünlüyü ali Tribunadan söz demək imkanı qazanmaqdır. Və sizi əmin edim ki, bunun üçün bizə tam sərbəstlik verilib. Çətinliklər seçicilərin problemləri ilə bağlıdır. Hansısa problemin  həlli yolu tapılmayanda istər-istəməz özümü pis hiss edirəm. Problemləri pandemiya bir qədər də artırıb. Həftədə azı iki dəfə köməkçimlə ərazidə olur, insanları dinləyirəm. Seçicinin yanında olmaq qürurvericidir. Yeri gəlmişkən onu da qeyd edim ki, indiki çağırışda deputat seçilmiş həmkarlarımın demək olar hamısı seçicilərlə normal təmas qururlar.

 

-Gəlin etiraf edək ki, deputat olandan sonra Siz daha önə çıxdınız, bəlkə də bəzilərinin hədəfində oldunuz. Hətta kimlərsə, parlamentə düşməyin əyri yollarının olduğunu belə iddia etməyə başladı. Bu barədə nə deyə bilərsiniz?

-Milli Məclisə keçirilən növbədənkənar  seçkilərdə mən öz istəyimlə iştirak etdim. Mən 31 saylı Suraxanı 2-ci seçki dairəsindən 3 dəfə namizədliyimi irəli sürmüşəm. Bu dəfəki seçkidə qərəzi olmayan kimdəsə zərrə qədər vicdan varsa desin: Ən ciddi təbliğat-təşviqat işlərini mən qurmuşdum. 50-dən çox görüş keçirdim. Məni hədəfə götürənlər absurd iddialar irəli sürürdülər. Məsələn, qutuda bülletenlərin az bir hissəsi sayılanda prosesi təhdid yolu ilə dayandırır və kiçik rəqəmi ictimailəşdirirdilər. Bu da insanlarda çaşqınlıq yaradırdı. Bundan da heç nə əldə edə bilmirdilər. Mən düz yolla parlamentə düşmüşəm. Mübarizəmi də sivil yolla aparmışam. Açığını deyim ki, dairənin üzərindən burdan iki dəfə deputat olmuş və seçicilərə daima sayğısızlıq nümayiş etdirmiş bir tipin yükü götürüldü. Adam açıq şəkildə hökuməti təhdid edirdi ki, mən olmalıyam. Və indi də çirkin əməllərlə məşğuldur. Məni belə bir tip və seçkini pozmaq missiyası ilə seçkiyə qoşulmuş başqa birisi maraqlandırmır. Mənə bu prosesdə ən çox nanəciblik nümayiş etdirən bəzi ziyalıların hərəkəti təsir etdi. Halbuki mən onların içindən çıxmışdım. Ancaq mən yenə də onlarlayam. Və hər birinin problemini öz problemim kimi qarşılayıram.

 

-Əvvəllər söhbətimizdə tez-tez təkliflər səsləndirirdiniz ki, filan dəyişikliklər eləmək olar, qanunvericilik bu cür dəyişə bilər. İndi parlamentdəsiniz, dediklərinizi orada reallaşdırmaq mümkündürmü?

-Yenə də təkrar edirəm, parlamentdə hər bir deputata fikrini sərbəst söyləmək imkanı yaradılıb. Mən yazılı şəkildə 3 təklif vermişəm və 4 dəfə çıxışım olub.  Komitə iclaslarında maraqlı diskussiyalar aparılır. Yenə də böyük sərbəstlik var. Düşünürəm ki, Təhsil və elm, həmçinin idman və gənclərlə bağlı təkliflərimizi qanunlarla gerçəkləşdirə biləcəyik.  Bununla yanaşı, sizin qəzet də daxil olmaqla, bizdən mütəmadi olaraq bu məsələlərlə bağlı münasibət öyrənilir. Milli Məclis rəbərliyi “İctimai dinləmələr” kimi çox faydalı bir işə razılıq verib. Bu dinləmələr daha mükəmməl qanunların qəbul olunmasında öz sözünü deyəcək.

 

- O fikirlər səslənir ki, parlament müstəqil hakimiyyət qolu kimi çıxış edə bilmir, icraedici hakimiyyətin görünməyən basqısı altındadır. Sualı bir qədər də konkretləşdirsəm, bir deputat kimi azadlığınız istədiyiniz səviyyədədirmi?

-Parlamentin müstəqil hakimiyyətin qolu kimi çıxış edə bilməməsini səsləndirən kəslərlə razı deyiləm. Bilirsiniz, azadlıq hər bir deputata təbii şəkildə verilib. Hansısa yazılı sənəd formasında bunu etmək qeyri-mümkündür . Və “Azərbaycan Respublikası Milli Məclsinin deputalarının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Mütərəqqi qanundur və verilən azadlıqlar və səlahiyyətlər məni qane edir. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin  söylədiyi mühüm fikirləri xatırlatmaq istəyirəm: “Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”. Parlamentin qarşısına qoyulan ən ciddi məsələlərdən biri də Qanunların icrasına nəzarəti təşkil etməkdir və mən bunu təqdir edirəm.

 

 -Siz eyni zamanda, sosial şəbəkələrdə aktiv deputatlardansınız. Sosial şəbəkənin öz fikirlərini yaymaq baxımından müsbət tərəfi olsa da, tənqid, təhqir, hətta söyüş hədəfi belə olursan. Bu mənada Siz də rahat buraxılmayan şəxslərdənsiniz, bunu necə qarşılayırsınız?

-Maraqlı sualdır. Sosial şəbəkələr, konkret olaraq facebook hər bir kəsin qəzetidir. Senzura rolunu da özün oynayırsan. Mən bu platformaya gələndə düşünürdüm ki, fikirlərimizi, müxtəlif yazılarımızı paylaşmaq üçün bizə gözəl imkan verilib. Ancaq təəssüflər olsun ki, bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilib. Adamı təhdid edirlər ki, onun düşündüyünü yazasan. Bəlkə də bu hal bir neçə ölkədə var. Onlardan biri də bizik. Maarifçi, informasiya xarakterli yazıların həvəskarları çox azdır. Facebook həm də bizim səviyyəmizin göstəricisidr. Xeyli aforizm yazanlar ordusu da yaradıb. 

 

-Ümumiyyətlə, son dövrlər həm sosial şəbəklərdə, eləcə də cəmiyyətdə gərginlik, aqressiya daha da artıb. Bunu pandemiya ilə əlaqələndirmək olar, amma gərginliyin ictimai-siyasi motivi də gözardı edilməməlidir. Bunu siz də hiss edirsizmi?

-Haqlısınız!  Düşünürəm ki, bütün cəmiyyətlərdə cəmiyyətdəki gərginlik və aqressiyanı sosial şəbəkələrdən əvvəl və sosial şəbəkələrdən sonrakı dövrlərə bölmək olar. Əslində qəzet və televiziya dövründə bu təzahürlər çox hiss olunmurdu. Maraqlı bir misal çəkim. Səhv etmirəmsə, Oldos Haksli yazıb. “Adolf Hitleri Bəşəriyyətin ən böyük diktatoruna radio çevirdi. Ona qədərkilərin vaxtında belə alət yox idi. Və onun köməyi ilə Hitler 40 milyon insanı faşistə çevirdi.” İndi “mühacir”lər var, internet Tv-lər var.  Yeri gəlmişkən həmin mühacirlərdən birini mən tanıyıram. Burda təkər yamıyırdı. Xaricdən ağzına gələni danışır. Ancaq Böyük alim Rafiq Əliyevin dinləyicilərinin auditoriyasına baxın, sonra onunkuna. Heyrətə gəlirsən. Gərginlik, işsizlik, yoxsulluq dünyanın istənilən ölkəsində var. Bizdə iqtisadi, sosial, təhsil  məsələlərini siyasiləşdirmək meyli güclüdür. Bir misal çəkim. Gözəl bir təhsil müəssisəsinin açılışı olur. Bunu mühacirlərdən, yaxud  özünü gərginliyə qərq edənlərdən birinin təqdir etməsinə rast gəlmisinizmi? Neftin qiymətinin 1 dollara düşməsini proqnoz edən adam aqressiv deyil?

 

-Sizcə, cəmiyyətdə, ictimai-siyasi qüvvələr arasında, ümumilikdə barışıq, normal münasibətlər sisteminin qurulması üçün nələr etmək olar?

-Partiya rəhbərləri ilə Prezident administrasiyasında keçirilən görüşləri təqdir edirəm. Normal münasibətlərin qurulması üçün qarşı tərəflərin hər ikisi addımlar atmalıdır. Bu müharibə şəraitində olan ölkəmiz  üçün olduqca vacibdir. Normal münasibətlərin qurulması üçün Beyin Mərkəzləri yaradılmalıdır.  Nüfuzlu insanlar ictimai rəyə təsir etməlidir. Yazıçılar, şairlər, akademiklər xalqın içinə çıxmalıdırlar. Rayonlarda olmalıdırlar, siyasi partiya rəhbərləri ilə görüşməlidirlər. Çox təəssüflər olsun ki, bizdə şəxsi mənafe ictimai mənafeni üstələyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05