Modern.az

Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb

Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb

19 Sentyabr 2020, 20:31

Qərbi Kaspi Universitetinin tələbələri Times Higher Education (THE) tərəfindən təşkil olunan “2020-ci il və sonrakı illər üçün universitet təcrübəsini yenidən kəşf etmək” adlı Virtual Tələbə Uğur Forumuna qatılıb.

Modern.az xəbər verir ki, tədbir iki virtual mərhələdən təşkil olunub. Bir günlük forum aşağıdakıları təhlil edib: Covid-19 şəraitində şagirdlərin təcrübəsi necə dəyişdi və bu, qısa və uzunmüddətli dövrdə necə davam edəcək?

Forumda universitetlərin yeni vəziyyətə uyğunlaşma prosesi, eləcə də, tələbələrinin öyrənməsi, bilik mübadiləsi və universitet birliyinin aktiv üzvünə çevrilməsi ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, “Onlayn mühitə keçiddən hansı irəliləyişlər əldə edildi və uzunmüddətli universitet strategiyası üçün təsiri nə olacaq?” sualı Forumun əsas hissələrindən birinin mövzusunu təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər