Türkiyədə son sutka ərzində daha 61 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 506 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 95 321 nəfərdən 1 519-nun cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 302 867 nəfərə çatıb.
Müalicə olunan 1 116 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 267 233 nəfər təşkil edir".