Modern.az

Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO

Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO

22 Sentyabr 2020, 23:17

Koronavirus pandemiyası dövründə karantin tədbirlərinə əməl etməyərək oğluna toy edən AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman cəzalandırılıb.

Modern.az  xəbər verir ki, oğlunun toyuna 1500 nəfər qonaq dəvət edən, eyni zamanda 1 saatlıq limiti keçən və məclisdə yemək verən deputat 6 min 360 lirə cərimələnib.

Bundan başqa, toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə təyin olunub. Qida tədarükü edən şirkətə 3 min 180 lirə pul cəzası verilib.

Qeyd edək ki, toy 2 həftə əvvəl baş tutub.  (Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...