Arxiv
23 Sentyabr 2020, 11:00 | AKTUAL
“Google” Qərbi Kaspi Universitetinin tələbələrinə dəstək verəcək - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ildən fəaliyyətə başlayan “Google” şirkətinin Proqramçı Tələbələr Klubu ("Developer Students Clubs") Qərbi Kaspi Universitetində yaradılıb. Universitetin 4-cü kurs tələbəsi Azər Nemanlı, “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunub. Həmçinin Azər “Google Developer Group Bakı” üzrə təşkilatçı komandasının üzvüdür. Bununla yanaşı, o, bu ildən artıq Azərbaycanda formalaşdırılacaq Proqramçı Tələbələr Klubunun ölkə üzrə təşkilati işlərinə nəzarət edəcək.
A.Nemanlı ilə müsahibəmizdə bu proqramın əhəmiyyətini, tələbələrə hansı faydaları verə biləcəyini müzakirə etmişik.

 

-Azər, Qərbi Kaspi Universitetində “Google” şirkətinin Proqramçı Tələbələr Klubu yardılıb və sən Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunmusan. Qısaca, bu proqram barədə. 

- Proqramçı Tələbələr Klubu “Google” tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Proqramçı Tələbələr Klubu “Google”un proqramlaşdırma texnologiyaları ilə maraqlanan tələbələr üçün universitet daxili icma yaratmağı hədəfləyir. 2020-2021 ci il tədris ili ərzində mütəxəssislər və ya öz komandası daxilində aktiv olaraq ən azından ayda bir dəfə də olsa, tədbirlər (seminar, vebinar və s.) keçirməlidir. Həmçinin tədris ilinin sonunda komanda şəklində layihələr hazırlanıb təqdim edilməlidir. Azərbaycanda ilk dəfədir ki, bu kluba rəhbər təyin edilir.

 

- Klub tələbələrə nə verəcək?

- Klubun əsas üstünlüyü ona “Google” kimi qlobal nüfuza malik şirkətin dəstək verməsidir. Tələbələr öz təhsil ocaqları ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərində işləyərək inkişaf edə, eləcə də karyeralarına böyük töhfə verə bilərlər. Həmçinin hər ay baş tutacaq seminar və ya vebinarlara qoşularaq onlar üçün maraqlı olan mövzuları dinləyə, ekspertlərdən istiqamət və dəyərli məsləhətlər ala bilərlər. Bundan yanaşı, Universitetin Texnoparkında işləniləcək layihələrə qoşulub, sonda uğurlu olan layihəni “Google”a təqdim etmək imkanlarından yararlanacaqlar.

 

- Digər ali təhsil müəssisələrinin tələbələri kluba qoşula bilərmi?

Klub Qərbi Kaspi Universitetinin tələbələri üçün nəzərdə tutulub. Seminar və ya vebinarlara universitet daxilində arzu edən hər bir tələbə qoşula və bu fürsətlərdən yararlana bilər. İştirak isə tamamilə ödənişsizdir. Digər universitet tələbələri klubun tədbirlərini onlayn olaraq izləyə biləcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20