Arxiv
23 Sentyabr 2020, 14:34 | AKTUAL
Dünya pandemiya maskasını çıxarmasa belə, biz “ERMƏNİ MASKASINI” yırtmalıyıq...  

Son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mütəmadi baş verən silahlı toqquşmalar, ajiotaj, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinə dair erməni yalanlarının baş alıb getməsi beynəlxalq təşkilatların da diqqətindədir. Altı türkdilli ölkənin nümayəndələrinin iştirakı ilə yaradılan və mərkəzi Ankarada yerləşən TÜRKAP təşkilatı da Azərbaycanın haqq səsinə dəstək nümayiş etdirərək, müvafiq açıqlama yayıb. 

 

Həmsöhbətimiz qurumun rəhbəri Zaid Nəhmətovdur. 

 

Zaid bəy, sizcə münaqişənin belə alovlanması Ermənistan rəhbərliyinə və onların havadarlarına nədən sərfəlidir?  

 

Silahlı təxribatlar törədərək, yeni mövqelər ələ keçirmək, işğal zonasını genişləndirmək və beləcə özlərinin sərsəm “dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışmaq Ermənistan siyasətinin “vizit kartıdır”. Eynən Ali Baş Komandanımızın dediyi kimi: “Ermənilər yeni müharibəyə hazırlaşırlar. Çünki onlar aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”. Nəticələr isə Ermənistan üçün artıq dözülməzdir. Belə ki,  Paşinyan hakimiyyəti iqtisadi tənəzzül və iflas içində sürünən, regiondakı bütün önəmli projelərdən kənarda qalaraq, faktiki izolyasiyaya məhkum olan Ermənistan əhalisinin diqqətini COVID-19 pandemiyası ilə daha da zorlaşan böhrandan beləcə yayındırmağa çalışır. Savaş ocağını daha da alovlandırmaqla… 

 

 

İyul, avqust, indisə sentyabr təxribatı... Sözün əsil mənasında qana susamış, azğınlaşmış düşmənlə üz-üzəyik. Türkiyə rəhbərliyinin son bəyənatlarının olduqca kəskin tonu da Ermənistan hakimiyyətinin artıq bütün limitləri aşdığından xəbər verir. 

 

Çox haqılısınız. Əslində ermənilərin bu azğınlığının bizim üçün əlverişli tərəfi də var. Məsələn, dünya pandemiyaya görə hələ bu ildən maska taxmağa başlayıb. Ermənilər isə əsrlərdir o “məzlum” maskasına bürünərək, regionu sözün əsil mənasında işğal, terror və xaos pandemiyasına qərq ediblər. Bu maskanı yırtmağa artıq məcburuq! İndi hər dəfə növbəti təxribat etdikcə, Azərbaycan hökuməti beynəlxalq hüquq normalarına söykənərək, bu faktları ifşa edir. “Azərbaycanın Ermənistanla bir dərdi var”- bunu artıq dünyanın bir çox ölkəsində bilirlər. Amma bu dərd əslində nədir, nədən qaynaqlanır? Problem burdadır. “Genosid” adlı erməni təbliğat ruporu “bizi əzəli torpaqlarımızdan atmışdılar, geri döndük” istiqamətində bar-bar bağırırdı. Tamam, o zaman indiki hücumları hara yozaq? Nə oldu, bütün Avrasiya  bu məntiqlə erməni məskənləri imiş?  Son dövrün döyüş xronologiyasına nəzər salsaq, Azərbaycan Silahlı Qüvvələri qonşu ölkənin hüquqi təsbit edilmiş ərazisinə bircə güllə belə atmayıb. Biz yalnız və yalnız öz torpaqlarımızı müdafiə edirik. Saldıran da, üstəlik şivən salan da qarşı tərəfdir. Deməli çalışmalıyıq ki, beynəlxalq ictimaiyyyətə bu faktları sistemləşdirilmiş və ermənilərin işğalçı siyasətini  tam ortaya çıxaran aydın şəkildə təqdim edək. 

 

   

 

Təklifiniz nədir? 

 

Gücləri birləşdirmək! Tək əldən səs çıxmaz. Hər təşkilat ayrı-ayrılıqda bu işi aparmaq istəsə, lazımi nəticə alınmaz. Odur ki, biz türkdilli böyük təşkilat olaraq, digər türkdilli qurumlara müraciət edərək, ideoloji müharibə kontekstində güclərimizi birləşdirmək üçün vahid strateji platforma hazırlamağa çağırırıq. Beləcə “nar çubuğu” taktikası ilə dünyanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən və sərhəddəki təxribatlardan daha operativ və effektiv xəbərdar edə bilərik. Hər yerdə özünü yazıq, əzabkeş obrazda qələmə verən mənfur erməni təbliğat maşınının çarxını birdəfəlik qırmaq zamanı zatən çoxdan çatıb. 

 

Hazırda xaricdən Azərbaycan reallıqları necə görünür? 

 

 

Qürurverici!  İqtidarın prinsipial, qətiyyətli, xalqın milli maraqlarına tam uyğun siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan regionun ən qüdrətli, iqtisadi inkişaf tempinə görə ən optimist proqnozları belə üstələyən ölkəsinə çevrilib. Beynəlxalq arenada Qarabağ savaşının ağır nəticələrindən, yüz minlərlə insanının yurdsuz-yuvasız qaçqın həyatı yaşamasından, müstəqillik yolunda verilən şəhidlərin acısından, torpaq və məğlubiyyət fəryadına əlavə olunan keçid dövrünün məhrumiyyətlərindən nə vaxtsa gücsüz görünən Azərbaycan adlı yorğun bir məmləkət artıq yoxdur. Ölkəmiz yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluğun sürətlə aradan qaldırılması və sair nəzərəçarpan amillərlə özünü büruzə verən iqtisadi və sosial yüksəliş göstəriciləri ilə dünya ölkələri arasında gündən-günə öz yerini daha da möhkəmlədir. Bu gücü yalnız Azərbaycanda yaşayan 10 milyon deyil, dünyada azərbaycanlı adının qürurunu daşıyan hər birimiz aydın görürük. Odur ki, cənab İlham Əliyevin bütün hüquq normaları çərçivəsində uğurla irəli sürdüyü Böyük Qayıdış Konsepsiyasına töhfəmizi vermək və onu reallığa çevirmək üçün gecəni-gündüzə qatıb, çalışmalıyıq. Görüləcək işlər çoxdur! Həm öz xidmət sahəmizdə, həm də Vətənə xidmət baxımından...Biz də TÜRKAP olaraq, 3 il ərzində əlaqələrimizin genişlənməsi, ictimai tanıtımı istiqamətində ciddi addımlar atmışıq. Yeni ildə ən azı 10-12 beynəlxalq layihə reallaşdırmağı düşünürük. Onların hər birinin Platformamıza üzv ölkələrdə güclü  rezonans doğuracağına qətiyyətlə inanıram.

 

Bir sözlə, YÜK QAYIDIŞA BÖYÜK TÖHFƏLƏR VERMƏYİN ZAMANIDIR!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48