Arxiv
24 Sentyabr 2020, 12:44 | ÖLKƏ
Dövlət xəstəxanalarında “özəl qiymətlər”: Travmatologiya İnstitutu rentgenə niyə pul alır?

İllərdir rəsmilər “Azərbaycandakı döblət tibb müəssisələrində xidmətlər ödənişsizdir”, “Həkim pul alır? Nə danışırsız, belə şey mümkün ola bilməz” desələr də, “görünən kəndə nə bələdçi?..” düşüncəsindəyik. Dövlət xəstəxanlarına qapıdan daxil olduğun andan etibarən sənə xəstə deyil, potensial pul mənbəyi kimi baxırlar. 

Səhiyyə Nazirliyindən zatən əlimiz üzülüb. Hazırda səlahiyyət sahibi olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müraciət etdiyimiz rəsmiləri isə bizdən fakt istəyir. Əzizlərim, fakt mən. İllərdir övladlarımı Zərifə Əliyeva adına Göz İnstitutuna aparıram. 110 nömrəli otaqda özünü çoxbilmiş kimi göstərən xanım hər xəstə üçün 20 manat tələb edir. Verməyəndə dərhal həkimə məlumat verir. Bu dəfə isə həkim özü elə müayinə zamanı sənin ruhun incimədən “cibinə girir”. Lazımsız aparatlara göndərir, hamısı da rəsmilər deyən kimi “pulsuz”. 

Fakt istəyirsiz, sizə birini də deyim: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu. Heç bilirsiniz bu xəstəxanada hər gün rentgen müayinəsindən nə qədər pul yığılır? Kim iddia edə bilər ki, Travmatologiya İnstitutunda rentgeni pulsuz çəkirlər? Əgər bu iddiada olan varsa, yanına bir jurnalist alıb adi xəstə kimi Travmatologiya İnstitutuna getsin. Bu dövlət xəstəxanasında rentgen çəkilişlərinin müxtəlif qiymətləri var: məsələn, bir əl biləyi, ya da bir ayaq pəncəsi 10 manata rentgen olunur, ikisi üçün 15-20 manat ödəməlisən. Çiyin, bud çanağı, diz oynağı, onurğa sütunu, bel fəqərələri rentgenə daha yüksək qiymətə salınır.
Qolu-qıçı sınanlara sarğı da pulsuz edilmir. Sarğı otağınının da öz qiymətləri var: 10 manatdan ta üzüyuxarı...
Yəqin ki, bu yazını oxuyan rəsmilər yazdıqlarımızı təkzib etməyə çalışacaqlar... Amma insafınız olsun, təkzibdən öncə gedin bir Travmatologiya İnstitutuna,  10-15 dəqiqə ərzində kiçik bir müşahidə aparın, sonra danışın... Elə təkcə rentgen və sarğı otağında gördükləriniz təkzibə cavab üçün bəs edəcək...

Fakt olaraq, sizə onkoloji xəstələri də göstərə bilərəm. Bir dərman üçün günlərlə xəstəxanaya ayaq döyən, axırda əlacsız qalıb öz puluna aptekdən dərman alan daha bir neçə ay yaşamağa ümid edən əlacsız insanlar...

 

Dövlət xəstəxanlarında çalışanların bir arqumenti də var: “Özələ gedəndə pul kisənizin ağzını açırsız, burada 1 manat xərcləmək istəmirsiz”. Burada adamın dəymişi dura-dura kalı tökülməsin neyləsin?! Təbii ki, sözümüz işini vicdanla yerinə yetirən tibb işçilərimizə deyil...

 

“Bəzən xəstəxanlarda tibbi vasitələr çatışmır”

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, korrupsiya ilə mübarizə tədbirləri korrupsiya hallarının qarşısının alınması üçün vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır:

“Amma tək korrupsiya ilə mübarizədə də tam effektli nəticə əldə etmək mümkün deyil. Burada məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, maliyyələşməyə baxmaq vacibdir. Doğrudan da hazırda bəzi xəstəxanlarda maliyyələşmənin lazımi səviyyədə olmaması səbəbindən lazımi dərman pereparatları, sarğı materialları, tibbi avadanlıqlara əlçatanlılıq da təmin edilmir. Xüsusilə onkoloji xəstələrlə bağlı müraciətlər alırıq. Xəstələrə lazım olan dərmanlar dövlət tibb müəssisələrində olmur və onlar həmin dərmanları apteklərdən baha qiymətə almağa məcbur olurlar. Bütün bunlara görə Azərbaycan icbari tibbi sığortaya keçib. Təəssüf ki, pandemiya səbəbindən bu il nəzərdə tutulan addımlar atılmadı. Bu il ərzində tam icbari tibbi sığortaya keçməliydik. Buna görə də biz yavaş-yavaş səhiyyənin maliyyələşməsində, mövcud tələblər standartlara qalxmalıyıq. Adambaşına düşən səhiyyə xərclərinin optimallaşdırılması üzərində düşünməliyik”.

 


Həkimlərin maaşı artırılmalıdır

Komitə sədri deyib ki, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında maddi-texniki baza ilə yanaşı, kadr təminatının da böyük əhəmiyyəti var:

“Savadlı, təcrübəli kadrlara yaxşı maaş vermək zərurəti ortaya çıxır. Bütün icbari tibbi sığrota tətbiq edilən ölkələrdə yüksək kvalifikasiyalı həkimlər daha çox özəl xəstəxanlarda işləməyə üstünlük verirlər. Bəzi hallarda isə dövlətin tənzimləmə funksiyası önə çıxır. Yəni siz müəyyən saatlarda özəl xəstəxanada işləyirsinizsə, müəyyən saatlarda da tutaq ki, icbari sığorta ilə işləyən Tibb Universitetinin Klinikasında çalışırsız. O zaman həm burada dərslərinizi deməlisiniz, həm əməliyyatlarınızı icra etməlisiniz. Bu da həkimlər üçün iş yükünün artmasıdır. Bu baxımdan həkimlərin, tibb işçilərinin məkhaqqı məsələsi yenə də gündəmdə olmalıdır. Ölkə üzrə orta əməkhaqqı artırıldığından, tibb işçilərinin də əməkhaqqı bunun üstündə olmalıdır”.

 

“Rüşvət alan həkimlər, klinikalar ifşa olunmalıdır!”

 

Deputatın sözlərinə görə, maaş nə qədər aşağı olacaqsa, tibb işçilərinin də bir qrupu xəstələrdən göstərdikləri tibbi xidmətə görə əlavə haqq tələb edəcəklər:

 

“İcbari tibbi sığortaya keçidlə əlaqədar həkimlərimizin maaşı təxminən 3-4 dəfə artacaq. Bu da işin müsbət istiqamətdə olmasına kömək edəcək.

Bununla belə, vətəndaşlar qarşılaşdıqları rüşvət hallarını ictimailəşdirməkdən çəkinməməlidirlər, öz haqlarını, hüquqlarını bilməlidirlər. Yeri gəldikdə, lazımi orqanlara şikayət etməkdən çəkinməsinlər. Biz elə deyək ki, icbari tibbi sığortaya keçdik, bu problem aradan qalxacaq, yox qalxmayacaq. Səhiyyənin maliyyələşməsi maksimuma qalxacaq, xeyr yenə çətinliklər olacaq. Çünki burada insan amili var, işin maddi tərəfi həll edilsə də, mənəvi cəhətdən doymayan insanla, istər həkim olsun, istər başqa peşə sahibi bacarmaq çətin məsələdir. Həm maliyyələşmə, həm lazımi psixoloji tərbiyə mühiti yaradılmalıdır, eyni zamanda, sağlam rəqabət olmalıdır və korrupsiya ilə mübarizə tədbirləri davamlı etdirilməlidir. Elə insan var ki, ona nə qədər çox maaş versən də, mənəvi cəhətdən kasıb olduğu üçün bununla kifayətlənmir. Cənab Prezidentin də dediyi kimi, nəzarət vətəndaşlarla birgə aparılmalıdır. İctimai nəzarət, ictimai qınaq olmalıdır. Hansı dövlət, yaxud özəl klinikada rüşvət halları varsa, onlar ifşa olunmalıdır, adları mətbuatda açıqlanmalıdır, sosial şəbəkələrdə müzakirəyə çıxarılmalıdır. Ancaq belə olan halda görülən tədbirlər effekt verə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00