Modern.az

2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM

2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM

Aktual

25 Sentyabr 2020, 14:52

2021-ci ilin mümkün Formula 1 Qran Prisinin təqvimi məlum olub. Modern.az RaceFans portalına istinadən xəbər verir ki, 22 etapda keçiriləcək 2021-ci il mövsümündə Səudiyyə Ərəbistanı Braziliyanı əvəzləyəcək.

 

Portalın məlumatına görə, mövsümöncəsi testlər Bəhreyndə keçiriləcək, Avstraliya Qran-Prisi isə yazda deyil, payızda baş tutacaq. Təqvimə Azərbaycan Qran-Prisi 4-cü etap kimi daxil edilib. Formula 1-in yeni mövsümünün ənənəvi olaraq mart ayında başlandığını nəzərə alaraq, “RaceFans” portalının məlumatıəna əsasən,  Bakı Qran-Prisinin gələn ilin aprelində keçirəcəyini iddia etmək olar.

Şəhər Halqası”-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quluyevanın Modern.az-a verdiyi məlumatda Bakı Qran-Prisinin keçiriləcəyi təsdiqlənib. Amma yarışların keçiriləcəyi tarixin dəqiq tarixinin məkum olmadığı vurğulanıb.      

 

1.Bəhreyn Qran-Prisi

2.Vyetnam Qran-Prisi

3.Çin Qran-Prisi

4.Azərbaycan Qran-Prisi

5.Hollandiya Qran-Prisi

6.İspaniya Qran-Prisi

7.Monako Qran-Prisi

8.Kanada Qran-Prisi

9.Avstriya Qran-Prisi

  1. Fransa Qran-Prisi

11.Böyük Britaniya Qran-Prisi

12.Macarıstamn Qran-Prisi

 

Yay fasiləsi

13.Belçika Qran-Prisi

14.İtaliya Qran-Prisi

15.Rusiya Qran-Prisi

16.Sinqapur Qran-Prisi

17.Yaponiya Qran-Prisi

18.Avstraliya Qran-Prisi

19.ABŞ Qran-Prisi

20.Meksika Qran-Prisi

21.Səudiyyə Ərəbistanı Qran-Prisi

22.Əbu-Dabi-Qran-Prisi

 

 Vüqar İSMAYILOV

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir