Modern.az

Prezident qəza yerinə gedəcək

Prezident qəza yerinə gedəcək

26 Sentyabr 2020, 00:56

Ukrayna Prezidenti Vladimir Zelenski sabah Xarkov vilayətinə təyyarə qəzasının baş verdiyi yerə gedəcək.

Modern.az  xəbər verir ki, bu barədə o, "Teleqram" kanalında yazıb.

“Təcili surətdə faciənin səbəbi və bütün detallarını öyrənmək üçün komissiya yaradırıq. Bununla bağlı Baş Nazirə müvafiq tapşırıq verdim. Hadisə yerində artıq axtarış qrupu işləyir. Sabah Xarkovda olacam”,- deyə prezident qeyd edib.

Qeyd edək ki, göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarəsi Çuquyev rayonu yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 22 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu