Arxiv
28 Sentyabr 2020, 10:34 | DİASPOR
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası bəyanat verdi

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatı akademik Fazil Qurbanov imzalayıb. Sənəddə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun sərhəd xətti boyunca yerləşən mövqelərini yenidən iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından şiddətli atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında yaralananlar və həlak olanlar var.

Bəyanatda deyilir: “Ermənistan bir daha nümayiş etdirir ki, o, regionda sülhün və sabitliyin əleyhinədir. Rusiya Federasiyasının çoxmilyonlu azərbaycanlı diasporu, Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə qərəzli və məqsədyönlü şəkildə hücumlarını qətiyyətlə pisləyir”.

Bəyanatda vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünü dəf etmək, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirləri görür. Qeyd olunur ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin, şəxsən N.Paşinyanın və onun həmfikirlərinin üzərinə düşür.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan, bütün fəaliyyətini Azərbaycanın qabaqcıl ölkəyə çevrilməsinə və ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanmasına həsr etmiş, bütün beynəlxalq səviyyələrdə Ermənistan rəhbərliyinin görünməmiş hərəkətlərinə və sözlərinə layiqli cavab verən İlham Əliyevin xarici siyasət kursunu tamamilə dəstəkləyir və bəyənirik.

Biz Rusiyanın və dünyanın mütərəqqi ictimaiyyətini Ermənistanın ali rəhbərliyi tərəfindən yürüdülən, istər region ölkələri və xalqları, istərsə də bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək təhlükəli siyasəti qətiyyətlə pisləməyə çağırırıq!”

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası Azərbaycan xalqının həlak olmuş övladlarının ailələrinə dərin hüznlə başsağlığı verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan daha 59 hərbçisinin ölümünü ETİRAF ETDİ 28 Oktyabr 2020, 13:25 Oğlunu cəbhəyə yola salan deputat: “Övladlarım bu Vətənə qurban olsun” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 13:20 Sabahın hava PROQNOZU 28 Oktyabr 2020, 13:14 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ 28 Oktyabr 2020, 13:08 Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop 28 Oktyabr 2020, 13:04 Nazirlikdən jurnalistlər binası ilə bağlı YENİLİK 28 Oktyabr 2020, 13:00 “Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23