Modern.az

Ordumuz Ağdərədə düşmənə ağır zərbələr endirdi - Müdafiə Nazirliyi

Ordumuz Ağdərədə düşmənə ağır zərbələr endirdi - Müdafiə Nazirliyi

Qarabağ

28 Sentyabr 2020, 16:02

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

 

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir