Modern.az

Putin, Makron və Trampdan Qarabağla bağlı birgə BƏYANAT: Atəşi dayandırın!

Putin, Makron və Trampdan Qarabağla bağlı birgə BƏYANAT: Atəşi dayandırın!

Ölkə

1 Oktyabr 2020, 16:19

ABŞ, Fransa və Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər.

Modern.az xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri atəşi dərhal dayandırmağı tələb ediblər. 

“Biz ölənlər barədə təəssüflənirik və həlak olanların ailələrinə öz başsağlığımızı çatdırırıq. Hər iki tərəfin silahlı qüvvələrindən atəşi dərhal dayandırmağı tələb edirik. Həmçinin, Azərbaycan və Ermənistan rəhbərlərindən dərhal üzərlərinə götürdükləri öhdəliklər əsasında heç bir tələb irəli sürmədən ATƏT-in Minsk qrupunun vasitəçilyi ilə danışıqları bərpa etmətyə çağırırıq”.

 

 XXX

Rusiya Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclas keçirib.

 

Modern.az Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskova istinadən xəbər verir ki, iclasda Qarabağ münaqişəsi də müzakirə olunub.

Vladimir Putin Qarabağda gedən döyüşlərlə bağlı ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla birgə bəyanat yayacaqlarını söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub