Modern.az

Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə...

Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə...

Təhsil

1 Oktyabr 2020, 19:33

Azərbaycanın haqq davası zamanı, işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda döyüşlərin davam etdiyi bu günlərdə müşahidə olunan xalq həmrəyliyi qürurvericidir.

 

Bu tarixi baxımdan həlledici mərhələdə Azərbaycanda 50 siyasi partiya Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bir daha bəyan etdilər. Böyük həmrəylik nümayiş etdirildi. Ancaq təəssüflər olsun ki, bəzi müxalif qüvvələr hər kəsin bir olduğu bu dövrdə dəstək verməkdən imtina edib, özlərinə yaraşan bir addımı atdılar.

 

Modern.az xəbər verir ki, mövzu ilə bağlı fikrini aldığımız Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Şaiq Əsgərov deyir ki, dünyada siyasi partiyaların yaranması və inkişafı prosesində belə bir hal tapmaq çətindir ki, konkret bir ölkədə siyasi partiya çətin gündə öz xalqına üz döndərsin, düşmən ölkənin maraqlarına uyğun mövqe tutsun və bütün bunlara baxmayaraq mövcudluğunu qorusun.

 

Şaiq Əsgərovun sözlərinə görə, Azərbaycan daxilində siyasi birlik ordumuzun uğurlu hərbi əməliyyatlarına büyük dəstək oldu. Bütün bunlara baxmayaraq adları müxalifət olan, özləri isə açıq düşmən mövqedə dayanan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları təəssüflər olsun ki, Vətənimizin bu ağır və eyni zamanda şərəfli günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına formal da olsa, dəstək verməkdən imtina etdilər. Ölkələrin tarixində belə hallar o zaman baş verib ki, siyasi partiya xarici dövlətin dəstəyi ilə yaradılıb və həmin partiya öz xalqının deyil, xarici dövlətin diktəsi ilə hərəkət edib. İkinci Dünya müharibəsindən sonra bir sıra Avropa ölkələrində yaradılan sol yönümlü partiyaların əksəriyyəti xarici sifarişə uyğun olaraq anti - milli mövqelərdən çıxış ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...