Modern.az

Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

1 Oktyabr 2020, 23:57

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 5-ci günü başa çatıb. Oktyabrln 1-də də cəbhədə şiddətli döyüşlər davam edib.

Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 1-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

- Səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub.

- Düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri yayılıb.

-
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verib.
Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.


- Səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.

- Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

- Azərbaycan Ordusu tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

- Azərbaycan Ordusunun bölmələri düşmənin hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

- Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

- Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.

- Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçirdiyi brifinqdə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinə Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi