Arxiv
9 Oktyabr 2020, 13:59 | İQTİSADİYYAT
Bakının Baş planı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində, qanunvericiliyin tələbinə uyğun olaraq, ictimai tanışlıq prosesinə başlanılıb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimini nəzərə alaraq, Bakı şəhərinin Baş Planının ilkin layihəsinin 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə təqdimatı virtual sərgi formatında keçiriləcək.

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə Komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində (https://arxkom.gov.az/bakinin-bas-plani) tanış olmaq mümkündür.

Bakı şəhərinin Baş planının layihəsi ilə tanış olan hər kəs öz rəy və təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilər. Daxil olan bütün müraciətlər qeydə alınaraq sahə mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və Bakı şəhərinin Baş planının yekun layihəsinin hazırlanmasında nəzərə alınacaq. Həmçinin, növbəti iki ay ərzində Bakı şəhərinin Baş Planının hazırlanması işi çərçivəsində aidiyyəti qurumlar və ictimaiyyət tərəfindən təqdim edilmiş təkliflərin müzakirəsi məqsədilə bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Sənəddə şəhərin müxtəlif növ mərkəzlərinin xüsusiyyətləri və inkişaf istiqamətləri, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “hibrid dəhlizlər” üzrə həllər, eləcə də paytaxtın əhali sıxlığı əsasında hesablanmış mühəndis kommunikasiya təminatı sistemləri və ictimai məkanlara dair inkişaf sxemi öz əksini tapmışdır. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, tarixi ərazilərin simasına xələl gətirə biləcək tikintilərin qarşısının alınması kimi tədbirlərin görülməsi planlaşdırılmışdır.

Qeyd olunan və digər nəzərdə tutulan tədbirlərin əsas məqsədi – hazırda təkmərkəzli aqlomerasiya olan  Bakının çoxmərkəzli və dayanıqlı şəhər kimi ahəngli inkişafının əsasını qoymaq, istiqamətlərini müəyyənləşdirmək, o cümlədən paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün münbit şəraitin yaradılmasını təmin etməkdir.

 

Xatırladaq ki, Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilmişdir. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə Komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilmişdir. 2-ci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilmiş və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilmişdir. Həmçinin, Baş Planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilmişdir. Eyni zamanda, sorğu əsasında 40-a yaxın dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılmış və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilərək 300-dən artıq görüş və müzakirələr təşkil edilmişdir.

Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20 Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO 26 Oktyabr 2020, 14:13