Arxiv
16 Oktyabr 2020, 22:16 | ÖLKƏ
“Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır” - Hikmət Hacıyev

Avropanın ictimai-siyasi dairələrində geniş oxucu auditoriyasına malik “Euractiv” portalında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın Azərbaycanın mülki şəxslərinə və həyati əhəmiyyətli infrastrukturlarına qarşı hücumları diqqətdən kənar qalmamalıdır” adlı məqaləsi dərc olunub.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev məqalədə Ermənistanın 30 ilə yaxındır Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin iyul ayında baş vermiş Tovuz hadisələrindən üç ay keçməmiş - sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı törətdikləri növbəti təxribatlar, eləcə də Azərbaycan Ordusunun Ermənistanın bu təxribatlarını dəf etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları, işğal edilmiş bəzi torpaqların bu əməliyyatlar nəticəsində azad edilməsi barədə məlumat verib.

Prezidentin köməkçisi yazır ki, Ermənistanın Azərbaycanın mülki yaşayış ərazilərinə və həyati əhəmiyyətli infrastrukturuna qarşı hücumları humanitar fəlakətə gətirib çıxara bilər.

Münaqişənin tarixi barədə məlumat verən Hikmət Hacıyev qeyd edir ki, bu problem Ermənistanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın işğal olunmuş digər yeddi rayonundan dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 (822, 853, 874 və 884 saylı) qətnaməyə məhəl qoymaması ucbatından hələ də həll olunmamış qalır. Bu da münaqişəni yenidən alovlandırıb.

Prezidentin köməkçisi oxucuların diqqətinə çatdırır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bəri həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı azad edilib. Azərbaycan Silahlı Qüvvələri döyüşlərin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquqa və 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq mülki hədəfləri deyil, yalnız legitim hərbi obyektləri və hərbçiləri hədəf seçir. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanında qazandığı inamlı qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin nizamsızlığa uğramasına səbəb oldu və Ermənistan tərəfi qəsdən əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərinə və döyüş zonasından tamamilə kənarda yerləşən kəndlərinə hücumlar etməyə başlayıb. Ermənistan oktyabrın 11-də cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış ərazisinə ballistik “SCUD” raketini atıb. Raketin hədəfə aldığı ərazinin yaxınlığında bu hücumu əsaslandıra biləcək hər hansı hərbi obyektin olmaması həmin hücumu hərbi cinayət kimi xarakterizə etməyə əsas verir. Gecə yarısında həyata keçirilən bu dəhşətli hücum nəticəsində yaşayış binası tamamilə dağılıb, 10 mülki şəxs həyatını itirib və 34 nəfər yaralanıb. Bu hücumun ən acınacaqlı nəticələrindən biri də hər iki valideynini itirən iki yaşındakı uşaqla bağlıdır. Oktyabrın 14-nə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin ümumilikdə 1571 ev və çoxmənzilli yaşayış binası, eləcə də 277 mülki obyekt yararsız vəziyyətə düşüb.

Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı hücumlar etməklə Ermənistan mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Bu, həm də Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək və Azərbaycanı sülhə məcburetmə əməliyyatından yayındırmaq üçün edilmiş bir cəhddir. Ermənistan təkcə mülki əhalini deyil, həmçinin Azərbaycanın və onun beynəlxalq tərəfdaşları, eləcə də qitənin enerji təhlükəsizliyi üçün siyasi və iqtisadi əhəmiyyətə malik olan Azərbaycanın həyati əhəmiyyətli enerji infrastrukturunu, neft və qaz boru kəmərlərini hədəf alır.

İndi açıq-aşkar aydındır ki, Ermənistan strateji cəhətdən əhəmiyyət daşıyan Cənubi Qafqaz bölgəsində mülki şəxslərin həyatını və enerji təhlükəsizliyini riskə qoyaraq burada sülhə və sabitliyə açıq-aşkar təhdid yaradır. Beləliklə, Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır.

Azərbaycanın mülki əhalisi və onun həyati əhəmiyyətli enerji infrastrukturları öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın sülhə məcburetmə əməliyyatlarında qazandığı uğurlar qarşısında Ermənistanın yaşadığı məyusluğa görə cəzalanmamalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları bu cür təhlükəli təxribat əməllərinə qarşı daha diqqətli olmalı və onları kəskin şəkildə pisləməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
  Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü   26 Oktyabr 2020, 16:25 Düşmən Ağdamda məktəb binasını atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20 Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO 26 Oktyabr 2020, 14:13 Pakistan Fransaya etiraz notası verib 26 Oktyabr 2020, 14:08 Baş Prokurorluq Ermənistan tərəfindən bu saatadək həlak olanların siyahısını AÇIQLADI 26 Oktyabr 2020, 14:02 Prezident düşmənin məhv edilmiş texnikasının SİYAHISINI açıqladı 26 Oktyabr 2020, 13:58 Nazirlik bu qurumlarla Anlaşma Memorandumu imzaladı - FOTO 26 Oktyabr 2020, 13:53 Azərbaycan əsgəri xalqa MÜRACİƏT ETDİ - VİDEO 26 Oktyabr 2020, 13:50 Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb 26 Oktyabr 2020, 13:46 Sabahın hava PROQNOZU 26 Oktyabr 2020, 13:40