Modern.az

“Ermənistan dövlət səviyyəsində terror və soyqırım siyasətini davam etdirir” - Prezidentin köməkçisi

“Ermənistan dövlət səviyyəsində terror və soyqırım siyasətini davam etdirir” - Prezidentin köməkçisi

Ölkə

17 Oktyabr 2020, 02:54

“Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

 

"Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlub olması qarşısında zəifliyi və çarəsizliyini göstərir".

 

Turan ASLAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür