Arxiv
19 Oktyabr 2020, 14:54 | MEDİA
Savaş müxbiri: “Redaksiya cəbhəyə getmək istəyimi müsbət qarşıladı” - MÜSAHİBƏ

Cəbhə jurnalistləri də səngər adamlarıdır. Onlar döyüşlər gedən müddətdə öz həyatlarını təhlükəyə ataraq, qaynar bölgələrdə reportajlar hazırlayırlar. Hazırda cəbhədə çalışan jurnalistlərindən biri Qafqazinfo-nun əməkdaşı Emin Səfərovdur.

Emin Səfərov Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- Emin bəy, hazırda cəbhədə vəziyyət necədir?


- Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Elə bunun nəticəsidir ki, səhər saatlarında düşmənin atdığı mərmi Tərtərdə daha bir mülki vətəndaşımızı yaraladı.


- Müharibənin birinci günü ilə indiki döyüşlər arasında nə kimi fərqlər var?

- İndi bütün istiqamətlərdə üstünlük bizim nəzarətimizdədir. Bəzi yerlərdə Ermənistan ordusunun mövqeləri, canlı qüvvəsi, zirehli texnikaları darmadağın edilib. Hər halda, az qala hər gün bir sıra ərazilərimizin işğaldan azad edilməsinin açıqlanması sualın tam cavabıdır.


- Cəbhə bölgəsinə öz istəyinizlə getmisiniz? Jurnalistlər üçün orada şərait necədir?

- Bəli, cəbhə bölgəsinə öz istəyimlə gəlmişəm və bu təşəbbüsüm də redaksiya tərəfindən müsbət qarşılanıb. Şərait baxımından hər hansı problem yoxdur. Həm əhali, həm də əsgərlərdə əhval-ruhiyyə çox yüksək səviyyədədir. 7-dən 77-yə hər kəs qələbəyə köklənib və hamı buna inanır. Birliyimiz qazanılan qələbələrin təməlini təşkil edir.


- Azad olunmuş torpaqlardan hansılarda olmusunuz?

- Azad olunmuş torpaqlardan Tərtərin Talış kəndində olmuşam. Çox möhtəşəm hislərdir, bunu sözlə ifadə etmək olmur. Talış kəndində olanda danışmağa söz tapmadım. Sözlə ifadə olunası bir hiss deyil.


- Cəbhə bölgəsində xarici media nümayəndələri də var. Onların hadisələrə münasibəti necədir?

- Xarici media nümayəndələrindən daha çox türklər üstünlük təşkil edir. Bizim jurnalistlər kimi, onlar da fəallıq göstərirlər. Bizlərdən biri kimi can yandırırlar.


Mehri Qurban

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:02 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08