Arxiv
20 Oktyabr 2020, 10:26 | İQTİSADİYYAT
Türkiyədəki azərbaycanlı iş adamı: “Azərbaycana iki “TIR” dərman göndərdim, amma bu nədir ki...” - MÜSAHİBƏ 

Türkiyədə yaşayan iş adamı, “Helbailac” Şirkətinin rəhbəri Vəfadar Həsənov Azərbaycan Ordusuna haqq işində dəstək üçün iki yük maşını dərman preparatı göndərib. Vəfadar Həsənov Türkiyədə dərman fabriki olan yeganə azərbaycanlıdır. 1988-ci ildə Azərbaycan Tibb Unversitetinin Əczaçılıq fakültəsini bitirən Vəfadar Həsənov bir müddət Azərbaycandakı elmi-tədqiqat institutlarından birində çalışıb. 1990-cı ildən sonra öz sözü  ilə desək, elmə müvəqqəti olaraq ara verib: 


- Polimer birləşmələrlə dərman forması almağa çalışırdıq. Baxdım ki, olmur və elmi buraxmağa qərar verdim. O zaman müəllimlərim çox israr etdi ki, Bakıda qal. Amma razılaşmadım. Çünki maddi gücün olmayanda, heç nə etmək mümkün deyil. O zaman indiki 3 saylı Sabunçu xəstəxanasının əczaxanasında işləməyə başladım. 1991-1992-ci il idi. Birinci Qarabağ  müharibəsinin ağır günlərini yaşayırdıq. Cəbhədən yaralı əsgərlərimiz gəlirdi - dərman, məlhəm çox az idi. Demək olar ki, yetmirdi. Mən gündə elə olurdu ki, 300 litr məhlul hazırlayırdım.  “Qizil Aypara”nın  xətti ilə Türkiyədən və Pakistandan dərmanlar gətirilirdi. Onları qruplaşdırıb aidiyyatı üzrə yönləndirirdim. İxtisaslaşmış əczaçılar yox idi. Çünki sovet sistemindən çıxmışdıq və bu dərmanlar bizə yad idi. Demək olar ki, gələn bütün dərmanlar yaralılara istifadə edilirdi. Birinci Qarabağ Müharibəsi bizim istəmədiyimiz nəticə ilə bitdi. Ondan sonra  mən xəstəxanadan ayrıldım və Azərbaycanda dərman idxalı ilə baglı bir şirkət qurdum. Əczaçılıq deposu açdım. Çox qıtlıq idi, deyirdilər nə gətirirsən gətir, amma gətir. Çünki heç nə yox idi.  Dərman gətirmək də çox çətin idi, hər dəqiqə problemlərlə rastlaşırdıq. Sovet hökimətindən heç nə qalmamışdı, yeni əlaqələr qurulmamışdı. Uzun zaman sonra sistemi qura bildik. Sonra ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və ölkədə qayda-qanun yarandı, iqtisadiyyat gücləndi. 


- Amma Azərbaycandan getdiniz.... 

 - 2000-ci ildə Türkiyəyə gəldim və burada şirkət qurdum. 2006-da artıq böyuk bir şirkət qurmuşdum. Gürcüstanda,  Qazaxıstanda,  Özbəkistanda filiallar açdım. Azərbaycandan  bu işləri idarə etmək çətin oldu. Yenidən Türkiyəyə gəldim, Mersində işimə davam etdim. Ordan ixrac etməyə başladım, Moldova, Tütkmənistan, Qırgızıstanla işləməyə başladım. Amma öz markan olmadığı zaman əmək hər zaman boşa gedir. 2008-ci ildə öz markamı yaratdım. 2014-cü ildə  Türkiyə bazarına çıxdıq və artıq öz markamızı satırdıq. “Herbailac” bizim markamız oldu.  



- Şirkətinizdə kimlər çaışır? Dərmanlarınız bitkisəldirmi? 

- Çalışanlarımız uzmanlardır, laboratoriyada çalışanlardan tutmuş, həkimlər və mütəxəssislərə qədər. Orjinal dərman istehsal edirik və 25 illik patentini almışıq.  Biz ixtiraçıyıq, başqalarının dərmanlarını istifadə etmirik, aylarla laboratoriyalarda çalışılır, heyvanlar üzərində təcrübə keçirik və lisenziyasın aldıqdan sonra istehsala keçirik. Bitkisəl dərman istehsal etmək çox asandır, biz daha çox kimyasal dərmanlar üzərində işləyirik. Çünki bazarda buna ehtiyac var.  Rusiya bu işdə hazırda çox geridə qalır, Türkiyədə çox boşluq var. Amerikada və Avropa ölkələrində istehsal edilən dərmanlar var. Məsələn, 5 il sonra patent müddəti bitir, indidən onları almaq üçün işlərə başamışıq. 


- Bu işi Azərbaycanda niyə görmürsünüz? Bizim ölkədən gəlib Türkiyədən dərman alan və ya burdan ora dərman sifariş edən insanlarımız var. Dərman sahəsində boşluğumuz var.  

- Doğrudur. Dövlətdə silah qədər, yemək qədər dərman olması da vacibdir.  Azərbaycanda 95 faiz dərman başqa ölkələrdən gətirilir.  Bizim milli əczaçılıq sənayemiz formalaşmalıdır. Necə ki, müdafiə sənayesini yaratdıq, ordumuzu gücləndirdik,  bu sistemi də qurmalıyıq. Ölkədə ən azından 25 faiz dərman istehsalı olmalıdır ki, xaricə bağlılıq azalsın. İstehsal mütləq olmalıdır. Bunun üçün kadrlar da olmalıdır. Mən bir Azərbaycan vətəndaşı və bu sahənin mütəxəssisi kimi dövlətimə əlimdən gələn köməyi etməyə hazıram. Bütün proyekti hazır verə bilərəm. Çox dövlətlər dərman üçün xam maddəni Hindistandan alır. Mən Hindistandan xam maddə alanda Azərbaycan adını eşidib təəccüblənmişdilər. Dedilər ilk dəfədir Azərbaycandan birinin xam maddə aldığını görürük.
Bizim ölkənin iqtisadi gücü var. Təəssüf ki, bizdə dərman istehsalından başqa bir problem də var: indiyədək əczaçıların bir həmkarlar ittifaqı qurulmayıb. Əczaçılar bir araya gəlib ümumi problemlərin müzakirə edə bilmir. O üzdən bu sistem də geridə qalıb. Məncə bu sistemi də düzəltmək lazımdır. 


- Əslində başqa xəbər üçün gəlmişdik, söhbətimiz əhatəli oldu. Bir neçə gün əvvəl Azərbaycan əsgərləri üçün dərman preparatları göndərmisiniz.  

- Vətən müharibəsi başlayıb, Ali Baş Komandanın başçılıgı ilə əsgərlərimiz cəbhədə naliyyətlər əldə edir. Bizim illərdir sınmış qürurumuzu qurtarırlar, torpaqlarımızı işğaldan azad edirlər. Bundan böyük şərəf nə ola bilər? Mən 1990-cı illərdə də əczaçılıqda çalışmışam, o zamandan  bilirəm ki, əsgərlərimizin daha çox hansı dərmanlara ehtiyacı olur. Müharibə başlayan kimi, Türkiyədəki ixracat üçün ayrılan bütün depolardan dərmanları topladıq. Çünki  müharibə olanda yaralı da olur və dərmana ehtiyac yaranır. O üzdən tez bir zamanda həm Azərbaycanla əlaqə yaratdıq, ordan bizi TƏBİB-ə yönləndirdilər. Burdan dərmanların sənədlərini TƏBİB-ə göndərdik, təsdiqlənən kimi, Türkiyə Səhiyyə Nazirliyi ilə əlaqə yaratdıq. Burdan da sag olsunlar, iki gün içində dərmanların lisenziyalarını çıxardılar. Artıq bir yük maşını  Azərbaycana çatıb, ikinci isə Gürcüstan sərhəddindədir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan əsgəri üçün əlimizdən nə gəlirsə, etməliyik, bütün xaricdə yaşayan iş adamları, diaspor üzvləri çalışmalıdır. Hər kəsin üzərinə bir iş düşür. Biz də bu sahədə olduğumuza görə üzərimizə düşən iş budur. İnşallah, əsgər yarasına məlhəm ola bilmişik... Qalib, müzəffər ordu üçün bu nədir ki... Kaş ki, onlara daha çox yaxşılıq edə bilək. Qarabağ bizim mənliyimizdir, Azərbaycandır. Görün bu əsgərlərə nə çox borcumuz var. 


Məhsəti Şərif,
Türkiyə, İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34 Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri 17 May 2021, 23:19 Türkiyədə gündəlik yoluxma sayı 10 minə düşdü 17 May 2021, 23:09 Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı 17 May 2021, 23:00 Sülhməramlılar 80 ermənini Amarasa apardı 17 May 2021, 22:56 Səbinə Əliyevadan Dmanisidəki insidentlə bağlı çağırış 17 May 2021, 22:42 Goranboyda piyadanı maşın vurub öldürdü 17 May 2021, 22:30 İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı   17 May 2021, 22:21 Gürcüstanda dava edənlər barışdılar - VİDEO 17 May 2021, 22:08 Samuxda gənci ildırım vurub öldürdü 17 May 2021, 21:57 Ərdoğandan Baydenə: “İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” 17 May 2021, 21:49 13 türkün qətlini əmr edən PKK-çı məhv edildi 17 May 2021, 21:38 "Real"ın futbolçusu koronavirusa yoluxdu 17 May 2021, 21:25 İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi 17 May 2021, 21:11 Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12