Arxiv
22 Oktyabr 2020, 00:21 | QARABAĞ
Cəbhə gündəliyi: 21 oktyabrda nələr oldu...

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 25-ci günü başa çatıb. Oktyabrın 21-də də cəbhədə sakit keçməyib.

Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Bir sıra yaşayış məntəqələri düşməndən azad olunub.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 21-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

- Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

- Düşmənin 5-ci dağatıcı alayının müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilib.

- 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

- Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

- Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.


- Səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutub.

- Ordumuzun gecə və gündüz artilleriya atışlarının videosu yayılıb.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndindən video paylaşılıb.


- Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

- Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

Düşmənin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikalarının videosu nümayiş etdirilib.

- Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.
PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

- Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:
Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.
Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37 Bu ölkədə küçəyə çıxmaq qadağan edildi 19 Yanvar 2021, 22:23 Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO 19 Yanvar 2021, 22:14 Pakistanda 20 Yanvar şəhidlərinə həsr olunmuş videokonfrans - FOTO 19 Yanvar 2021, 22:03 ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi 19 Yanvar 2021, 21:50