Arxiv
23 Oktyabr 2020, 15:05 | HADİSƏ
Prezidentin köməkçisi BMT TŞ-da keçirilmiş müzakirələrlə bağlı açıqlama YAYDI

“25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilib. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib”.

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.

“19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanıb. Bəyanat layihəsində BMT TŞ-nın məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb.

Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edir. Bildirir ki, Qoşulmama Hərəkatının Sədri kimi, 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcəkdir.

Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq Prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45 Xırdalanda avtomobil külə döndü 29 Noyabr 2020, 10:35 Tramp Ağ Evdən kitab yazmağı düşünür 29 Noyabr 2020, 10:29 Kəlbəcərin kəndlərindən yeni VİDEO 29 Noyabr 2020, 10:19 Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...? 29 Noyabr 2020, 10:16 Polşada azərbaycanlının ölümü araşdırılır 29 Noyabr 2020, 10:12 Ermənipərəst “Regnum” Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT 29 Noyabr 2020, 10:02 “Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir” - FOTOLAR 29 Noyabr 2020, 09:58 44 günlük müharibədə Azərbaycana dəymiş ZİYAN 29 Noyabr 2020, 09:52 “Ağdam şəhərlərə qarşı soyqırımın canlı təsviri və etirafıdır” - Video 29 Noyabr 2020, 09:49
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?