Modern.az

“Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi

“Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi

Aktual

25 Oktyabr 2020, 00:53

Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.

 

Moden.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, əl-Masri terror təşkilatına Amerika vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. O, Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyatın gedişatında zərərsizləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!