Arxiv
25 Oktyabr 2020, 14:17 | AKTUAL
Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq

Türkiyə Yazıçılar Birliyi (TYB) Qarabağa dəstək məqsədli Azərbaycan Yazıçılar Birliyinə (AYB) məktub ünvanlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə  TYB-nin sədri Kazım Arıcan bildirib.

 

K.Arıcan deyib ki, AYB sədri Anar Rzayevə göndərilən məktubda Türkiyənin yazarları, ədibləri, düşüncə adamları əsassız torpaq iddiaları ilə hər zaman regionda sülhə ən böyük maneə yaradan, Azərbaycanda körpə, yaşlı demədən mülki insanları öldürməklə müharibə cinayəti törədən Ermənistanın və onları dəstəkləyən, cəsarət verənlərin şiddətlə qınandığı yer alıb: “Bu, bütün insanlığa qarşı törədilmiş ən pis cinayətdir. Ümid edirik ki, dünyanın bütün yazıçıları bu cinayətə qarşı çıxacaq. Çünki əsil düşüncə adamları həqiqətləri görməli və haqqın yanında olmalıdır".

 

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dünya ictimaiyyətinə çatdırmaq üçün heç bir beynəlxalq təşkilatın rol oynamadığına diqqət çəkən Arıcan belə deyib: “Dağlıq Qarabağ məsələsi, Ermənistanın təcavüzü nəticəsində ortaya çıxan bir mövzudur. Məsələnin həllində hələlik heç bir beynəlxalq təşkilatın köməyi olmayıb. Hər bir beynəlxalq məsələni danışıqlar yolu ilə deyil, adət etdiyi müharibələr və qırğınlar yolu ilə həll edəcəyinə inanan Ermənistan, beynəlxalq hüquq və qanunu tanımır və qlobal güclərin oyuncağıdır. Qatil Ermənistan yaxşı bilməlidir ki, günahsız insanlara, mülki şəxslərə hücum edərək öldürmək insanlığa qarşı cinayətdir və şübhəsiz ki, Beynəlxalq Cinayət Məhkəməsində törətdiyi qırğınların hesabını verəcək”. 

 

TYB sədrinin sözlərinə görə, Ermənistanın son hücumları qarşısında Azərbaycan və Türkiyənin birlik nümayiş etdirməsi türk dünyasına nümunə olub: “Türkiyə ilə Azərbaycan, dil, din və mədəniyyət birliyi olan və bir-birlərini dəstəkləyən bir millətin iki ayrı dövlətidir. Türk milləti olaraq dünən olduğu kimi, bu gün və sabah da regionun sabitliyini qorumağa çalışan və işğal altındakı vətəni qoruyan azərbaycanlı qardaşlarımızın yanında olacağıq”. (APA)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNESCO ekpertləri Qarabağa gələ bilər 3 Dekabr 2020, 18:31 Qurban Sadıqov: “Dünya Azərbaycan Ordusunun gücünü gördü” 3 Dekabr 2020, 18:24 Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb 3 Dekabr 2020, 18:20 Azərbaycanlı səfir: "Allahın evinə necə əl qaldırmaq olar?" 3 Dekabr 2020, 18:16 Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?