Modern.az

Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar”

Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar”

Aktual

26 Oktyabr 2020, 16:00

Artıq Qarabağ uğrunda qanlı döyüşlər 1 aydır davam edir. Əggərimiz ön cəbhədə savaşarkən, arxa cəbhədə də informasiya müharibəsi gedir. Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də öz sözünü deyir.

Media eksperti Zeynal Məmmədli Modern.az-a informasiya müharibəsindən danışıb.

Bildirib ki, ermənilər informasiya müharibəsində uduzurlar, ön cəbhədə uduzduqları kimi.

“Ermənilər Rusiyada yerləşən iri sosial şəbəkələrdən faydalanırlar, amma son günlər Azərbaycan ordusu irəlilədikcə, o şəbəkələrin məzmunu dəyişir, şərhlər də azalmağa başlayır. Həmin şəbəkələrdə artıq ruh düşkünlüyü nəzərə çarpır”.

Ekspert deyir ki, hazırkı informasiya müharibəsində internet, televiziya varsa, qəzet, radio önəmli rol oynaya bilmir:

"İndiki dövrdə radioya heç kim qulaq asmır. Elə yerlər var ki, ora internet, media çatmır, səs üçün siqnal olur, amma görüntü üçün daha güclü olmalıdır. Həmin yerlərdə radio rol oynayır.

Azərbaycan və Ermənistanda texniki durum ürəkaçan deyil. Elə nöqtələr var ki, radio orada effektiv ola bilər, amma getdikcə radionun rolu çox azalır". 

Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı