Arxiv
27 Oktyabr 2020, 14:46 | MEDİA
“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir?” - Beynəlxalq media mütəxəssisi YAZIR

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson - "Azərbaycanlılar niyə Qarabağa - evlərinə qayıtmaq istəyir?" adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub.


Modern.az
-ın məlumatına görə, D.Meysonun "Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib" - deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.


Beynəlxalq media mütəxəssisi münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin uzun illərdir heç bir səmərə vermədiyini, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən geri çəkilməsi ilə bağlı qətnamələrinin də bu illər ərzində icra olunmadığını bildirib. Bu səbəbdən də sosial media platformalarının gündəmində olan #KarabakhIsAzerbaijan (Qarabağ Azərbaycanındır!) həştəqinin əslində hamıya məlum olan, sadə bir həqiqəti əks etdirdiyini vurğulayıb.


D.Meysonun analitik təhlili sosial mediada böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycandan, həmçinin, müxtəlif ölkələrdən olan internet istifadəçiləri yazını bəyənib və paylaşım edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yazını "Twitter" səhifəsi üzərindən paylaşıb. H.Hacıyev paylaşımında D. Meysonla şəxsi tanışlığının olmadığını, lakin Azərbaycan xalqının duyğularını ifadə etdiyinə və dəstəyinə görə təşəkkürünü ifadə edib.


Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/2HDygRq


Qeyd edək ki, Dan Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?