Modern.az

“Bu mövqeyimə görə həyatımı verməyə hazıram” - Kadırovdan Makronla bağlı yeni açıqlama

“Bu mövqeyimə görə həyatımı verməyə hazıram” - Kadırovdan Makronla bağlı yeni açıqlama

29 Oktyabr 2020, 01:00

“Fransa Prezidenti Emmanuel Makronun sözlərinə daha əvvəl siyasətçi kimi deyil, müsəlman kimi şərh bildirdim”.

 

Modern.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

 

Kadırov bildirib ki, onun bu cür bəyanatlar verməyə haqqı çatır:

“Bu mövqeyimə görə, əgər lazımdırsa, vəzifəmi tərk etməyə, əziyyət çəkməyə və həyatımı verməyə hazıram!”.

 

Xatırladaq ki, daha əvvəl R.Kadırov Fransa prezidentinin müsəlmanları üstüörtülü şəkildə cinayət törətməyə çağırdığını bildirmişdi. Kreml sözçüsü Dmitri Peskov isə R.Kadırovun çıxışına münasibət bildirərkən, “subyektlərin rəhbərləri xarici siyasətlə məşğul olmur” demişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu