Arxiv
29 Oktyabr 2020, 20:34 | AKTUAL
Atatürkün balıqçı meyxanəsindəki şəkilləri
 

Söz vaxtına çəkər. Ötən ilin bu vədələriydi. Xanımımla Antalyaya səfər etmişdik. Gözəl bir həftə keçirmişdik. O həftəni yaddaqalan edən tək Antalyanın gözəllikləri deyildi, həm də Azərbaycan mədəniyyətinin qardaş eldə yaşayan böyük simaları ilə görüşlər idi. Kulturuloq Məzahir Afşarla, pianoçu Samir Mizoyevlə, həkim, şair, rəssam Şərahil Laçınla, onların düşüncəsi işıqlı xanımları ilə söhbətlərdə elə bildik, Antalya elə Azərbaycanın bir guşəsidir.

 

Antalyanın gözəlliyi, dostların ürəkaçıqlığı öz yerində 29 oktyabr günü sizə o səfərin bir axşamından danışmaq istəyirəm.

Şəhəri taqətdən düşənədək gəzib otelə dönürdük, xanıma dedim, soraqlamışam, bir tin aşağıda yaxşı balıq restoranı var, gəl gedək. Gözünə döndüyüm etiraz eləmədi.

 

Gəlib tapdıq deyilən yeri – balıqçı meyxanəsini. Dostlar bilir, mənim Türkiyə sevgimin çox üzü var, biri də Tanju Okan Türkiyəsidir. Mənə Türkiyəni sevdirənlərdən biridir o. Kimlərsə ona “ayyaş şarkıçı” deyə bilər, nədənsə mən onun kimi sənət adamlarını “müsəlman toplumda sekulyar çırpıntı” sanıram.

 

Restoranın küçəyə açılan hissəsində bir xeyli türk böyük məclis qurmuşdu, sonra bildik ki, bir xanım arkadaşın doğum gününü qeyd edirlər. Şarkıçıları, çalğıçıları da vardı. Divar boyu masalarda isə cütlüklər oturmuşdular.

Bütün masalarda rakı vardı.

Balıq sifarişimizi götürən qarsona “Mənə də hamı içən rakıdan gətir” dedim. Xanımımla səfər yolçuluğum tutur, başqa xanımlar kimi deyingən, “kişi işinə qarışan” deyil. Belə məclislərdə mənə yoldaşlıq elməsə də havanı tutmağı bacarır.

 

Nə isə ki, bir azdan restoran adamın gözünə daha xoş görünməyə başladı. Adamlar da elə bil, bir köynək doğmalaşdılar. Azərbaycanlı olduğumuzu bilib bizə daha mehriban baxdılar. Xanəndəyə neçə mahnımızı sifariş verdilər.

Balıqçı restoranının hər yanı torlar, qarmaqlar idi. Divarda, tavanda, künc-bucaqda balıqçı ləvazivatları eksponat kimi düzülmüşdü. Bir də…

Bir də Atatürkün sayını itirdiyim şəkilləri.

Türkiyədə dini xurafatın çiçəklənməsi mənim üçün ağrılı mövzu olduğundan idi, ya nədən bilmirəm, Atatürkün şəkilləri ürəyimə fərəh verdi, coşdurdu.

 

Meyxana alatoranlığında balıqçı torları arxasından Atatürkün şəkilləri məhbəs barmaqlıqları arasından baxırmış kimi gəldi mənə. Sanki deyir ki, mən bu cümhuriyyəti ümumbəşər dəyərlərə əsaslanan dünyəvilik prinsipləri üzərində qurmuşam, qoymayın dini xurafat ayaq açsın.

Qalxıb balıqçı torları arxasında qalan Atatürkün portretlərini çəkməyə başladım. Bu fotoların bəziləri “sevgili cütlük”lərin başı üzərində idi. “Bu nə yapıyor? Bizimi çəkiyor?” deyə etiraz edənlər də oldu.

Üzr istəyərək onları yox, Atatürkü çəkdiyimi dedim. Sonra Atatürkün bu torlar arxasında bizə mesaj yolladığını söylədim. Bütün restoran əhli çevrilib mənə baxanda Atatürkün bu sözlərini xatırlatdım: “Mənim heç bir dinim yoxdur və mən bəzən bütün dinlərin dəryada batmasını istəyirəm. Mənim xalqım demokratiya prinsiplərini, reallığın əmrlərini və elmin öyrətdiklərini öyrənəcəkdir”.

Bayaqdan mənə qəribə baxışlarda baxan adamların üzündə elə bil çiçək açdı. Qədəhlər rakı ilə doldu – bütün meyxana Atatürkün şərəfinə ayaq üstə içdi.

***

29 oktyabr günü Türkiyədə Cümhuriyyət bayramıdır. Əvvəl də şübhəmiz yox idi, yeni Qarabağ savaşı bir daha bizi əmin etdi ki, bu, həm də bizim bayramımızdır.

 

Deyilənə görə, bolşeviklər Cümhuriyyətimizi işğal edəndə Atatürk xəritəyə baxıb ağlayıbmış. Bu gün ordumuz onun da, cümhuriyyətçi babalarımızın da göz yaşını silir, ruhlarını şad edir.

 

Sözümün canı elə budur: bizim də olan bu bayram mübarək olsun!

Tanrı xalqımızı, dövlətimizi, ordumuzu qanadında saxlasın!

 

Vahid Qazi

29 oktyabr 2020

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Paşinyan istefa verməsə, böhran aradan qalxmayacaq" - Vanesyan   29 Noyabr 2020, 15:21 Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?