Modern.az

Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur”

Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur”

31 Oktyabr 2020, 17:36

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.  Modern.az xəbər verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun xətti ilə Gürcüstanda parlament seçkilərində müşahidəçi qismində səfər edən Azərbaycan parlamentariləri seçkiləri müşahidə edirlər.

Ümumilikdə ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb. 

Səsvermə prosesini müşahidə etmək üçün 132 yerli, 23 beynəlxalq təşkilat və 20 səfirlik qeydiyyata alınıb.

 

Səhər saat 9-dan bir neçə seçki məntəqəsində olduq. İnsanlar səsverməyə gəlir, aktivlik müşahidə edirik. Hələlik, heç bir qanun pozuntusu aşkar olunmayıb”.

 

Azərbaycanlı müşahidəçinin sözlərinə görə pandemiya səbəbindən insanların kütləvi axını tənzimlənir:

“Hər məntəqədə pandemiya ilə bağlı xəbərdarlıq lövhəsi vurulub. Seçicilər tibbi maskadan və fərdi qələmlərdən istifadə edirlər, komissiya üzvləri və müşahidəçilər də xüsusi təlimat əsasında fəaliyyət göstərirlər. Eyni zamanda, hər kəs sosial məsafəyə diqqət edir”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Milli Məclisin deputatı Əminə Ağazadə və deputat Məzahir Əfəndiyev bu gün Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?