Modern.az

Dünyada bir gündə rekord sayda yoluxma baş verdi

Dünyada bir gündə rekord sayda yoluxma baş verdi

Aktual

1 Noyabr 2020, 00:41

Dünyada son bir gündə 535 928 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı 505 756 nəfər olub.

 

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 45,4 milyondan çox olduğu vurğulanıb.

Son bir gündə dünyada koronavirusa yoluxan 7 246 pasiyent vəfat edib. Ümumilikdə infeksiya 1,1 milyondan çox şəxsin həyatına son qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir