Modern.az

Britaniya azərbaycanlıları Qarabağ zəfərindən sonrakı fəaliyyətlərini müzakirə ediblər

Britaniya azərbaycanlıları Qarabağ zəfərindən sonrakı fəaliyyətlərini müzakirə ediblər

14 Noyabr 2020, 17:23

Böyük Britaniya Krallığında və İslandiyada yaşayan soydaşlarımız Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Modern.az xəbər verir ki, görüşdə Britaniya Azərbaycanlıları Assosiasiyasının, Azərbaycan-Şotlandiya Assosiasiyasının, “Buta” Azərbaycan-Şotlandiya İctimai Birliyinin, “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin və London Azərbaycan Evinin təmsilçiləri, Birləşmiş Krallıqda və İslandiyada  yaşayan soydaşlarımız  iştirak edib.

 

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın  qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edib. “Şanlı Ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində əldə olunmuş bu möhtəşəm qələbə dünya azərbaycanlılarının fəaliyyət istiqamətlərinə yeni çalar qatır. Bundan sonra diasporumuzun fəaliyyəti daha çox Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsinə, Qarabağın zəngin mədəni-irsinin təbliğinə yönələcək. Diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimaiyyəti, xüsusilə mətbuat orqanları ilə daha geniş əlaqələr qurmağa, dövlətimizə dəstək olmağa səy göstərməlidir” – deyə Komitə sədri bildirib.

 

Görüşdə çıxış edən Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri  Fəridə Pənahova Azərbaycanın tarixi qələbəsi münasibətilə hər kəsi təbrik edib və bildirib ki,  “Azərbaycanlıların Beynəlxalq Web Portalı” yaradılıb və hazırda portalda təkmilləşdirmə işləri aparılır.

Səbinə Rakçiyeva, Elvira Aslanova, Ali Tekin Atalar, Zakir Con Həsənov, Aysel Əsgərova, Hafiz Baxşəliyev, Səbinə Həsənli, Murad Nəbiyev, Cavid Aslanov, Ləman Ağası, Ülvi Pepinova, Nərgiz Morrison, Pərvanə Ağazadə, Fuad Ələkbərov, Şəfiqə Roberts və digərləri çıxış edərək, Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması üçün əllərindən gələni edəcəklərini və bu yolda daha sıx birləşəcəklərini vurğulayıblar.

 

40 soydaşımızın iştirak etdiyi görüşdə tarixi qələbənin  Azərbaycan diasporunun qarşında qoyduğu yeni vəzifələrlə bağlı  rəy və təkliflər səsləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?