Modern.az

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

İqtisadiyyat

17 Noyabr 2020, 15:50

Ölkə əhalisinin sayı ilin əvvəlindən 49184 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10116292 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95399 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.

 

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isəqız uşaqlarıdır. Körpələrdən 2548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Bu ilin 9 ayında ölkə üzrə 46995 ölüm halı qeydə alınıb. Rəsmi məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI