Arxiv
20 Noyabr 2020, 09:17 | QARABAĞ
Qarabağda qalan ermənilər... - Qanunlara tabe olmayanları nə gözləyir?

“Hər hansı bir dövlətin ərazisində məskunlaşıb, başqa dövlətin vətəndaşlığını daşımaq mümkünsüzdür. Ermənilər bizim ərazilərimizdə yaşamaq istəyirlərsə, vətəndaşlığımızı qəbul etməlidirlər”.


Bu sözləri Modern.az-a hüquq müdafiəçisi Çingiz Qənizadə Qarabağda – Xankəndində, Ağdərədə yaşayan ermənilər barədə danışarkən deyib. O qeyd edib ki, bəzi ölkələrdə ikili vətəndaşlıq olsa da, ölkəmizdə bu qayda yoxdur və Azərbaycan qanunlarına tabe olmaq mütləqdir:


“Azərbaycan qanunvericiliyində əsas vətəndaşlıq anlayışı var və hər kəs fəaliyyət göstərdiyi, yaşadığı dövlətin vətəndaşlığını qəbul etməlidir. O torpaqlar hansı dövlətə məxsusdursa, təbii ki, orada yaşayanlar həmin dövlətin vətəndaşlığını daşıyacaqlar. Qarabağ ərazisində yaşamaq istəyən mülki ermənilər hansı ki, Ermənistanın işğalı başlayana qədər orada yaşayıblar, onlar və ailə üzvləri qalmaq istəsələr, qalacaqlar. Lakin Azərbaycan qanunları çərçivəsində, Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, bunu qəbul etməlidirlər. Kim bunu qəbul etməsə, təbii ki, bizim səlahiyyətimiz var ki, həmin şəxsləri Azərbaycandan deport edək”.


Ç. Qənizadə xatırladıb ki, işğaldan sonra torpaqlarımıza qanunsuz məskunlaşma ilə Ermənistandan, Rusiyadan, dünyanın başqa dövlətlərindən erməni millətinə aid olan şəxslər gətirilib, yerləşdirilib:


“Bu insanların Azərbaycanda yaşamaq hüququ sıfıra bərabərdir. Çünki onlar qanunsuz şəkildə gəliblər. Buna görə arxivə baxılacaq və arxiv sənədləri əsasında tutuşdurmalar olacaq”.


Azərbaycan Ordusunun hələlik “Laçın dəhlizi”ndə yerləşmədiyini qeyd edən Ç.Qənizadə dəhlizin təhvil verilmədiyini söyləyib. O bildirib ki, rusiyalı sülhməramlılar Xankəndinə qaytarılan ermənilərin yalnız silah-sursat, qanunsuz və qadağan olunmuş vasitələr keçirməməsini yoxlayırlar:


“Gələn ermənilərin kimlər olduğu, sonradan köçürülüb-köçürülmədiyi məlum deyil. Amma kimlər gələcəksə, Azərbaycan hakimiyyəti həmin ərazilərdə tam bərpa olunduqdan sonra bunu müzakirəyə çıxaracaq, tədbirlər görüləcək.

İndiki durumda əsas istəyimiz arzumuz budur ki, Ermənistan ordusu və digər qanunsuz birləşmələr torpaqlarımızdan tamamilə çıxıb getsin. Mülki əhali silahsız vəziyyətdə öz evində qalsın. Mülki əhali Ermənistana getmək istəyirsə, biz sərhəd-keçid məntəqələrindən başqa dövlətlərə necə gediriksə, o qaydada keçəcək. Biz tələb etmirik ki, ermənilərin Ermənistanla əlaqəsi mütləq kəsilsin. Sivil cəmiyyətlərdə bu, necədirsə, bizdə də elə olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağsu sakini “patı” ilə saxlanıldı - FOTO 29 İyul 2021, 10:02 BANM-in 6 məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb 29 İyul 2021, 09:56 ABŞ-dan Kəlbəcər AÇIQLAMASI 29 İyul 2021, 09:50 Metrostansiyalarda 10 yeni ventilyator quraşdırıldı - FOTOLAR 29 İyul 2021, 09:46 COVID-19 pasportu olmayan 1977 nəfər toya BURAXILMADI 29 İyul 2021, 09:42 Ailə başcısını itirən 195 min nəfərə pensiya və müavinət ödənilib 29 İyul 2021, 09:36 Şəhriyar Məmmədyarov yenidən Levon Aronyanla qarşılaşacaq 29 İyul 2021, 09:30 Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk 29 İyul 2021, 09:24 Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ 29 İyul 2021, 09:18 3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu 29 İyul 2021, 09:12 “Facebook”un gündəlik auditoriyası 2,9 milyarda çatdı 29 İyul 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57