Arxiv
22 Noyabr 2020, 13:36 | QARABAĞ
Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı

Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə “mən sizə neyləmişəm axı?” deyir.  Və erməni tərəfi Azərbaycan hərbçilərinin “80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar. Əslində bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.

Modern.az-ın xəbərinə görə, lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb.

 

28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.

 

Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.

 

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında deyib ki,  80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.

“Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır.  Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”,-vəkil deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:29 Yardımlıdakı yanğın hələ də davam edirVİDEO 3 Avqust 2021, 17:23 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:18 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:12 Mübariz İbrahimov küçəsi təmir olundu 3 Avqust 2021, 17:06 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10 Agentlikdən xəbərdarlıq - Tərəvəz məhsulları arasında təhlükəli virus yayılır 3 Avqust 2021, 15:04 Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO 3 Avqust 2021, 14:58 Narkotik satışı ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO 3 Avqust 2021, 14:52 Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA   3 Avqust 2021, 14:47 Komitə büdcə öhdəliyinə 113% əməl edib 3 Avqust 2021, 14:45 İbtidai sinif müəllimi olmaq istəyənlərin nəzərinə 3 Avqust 2021, 14:40 Payızda referendum olmayacaq - RƏSMİ 3 Avqust 2021, 14:34 İranda daha 378 nəfər COVID-19-dan öldü 3 Avqust 2021, 14:28 Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord   3 Avqust 2021, 14:23 Nazirlikdən xəbərdarlıq- 43 dərəcə isti olacaq 3 Avqust 2021, 14:17 Eldəniz Səlimov məhkəməyə gətirilir 3 Avqust 2021, 14:11