Modern.az

Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb - Dəmir Muhetdinov 

Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb - Dəmir Muhetdinov 

Aktual

23 Noyabr 2020, 00:29

Qarabağın onlarla, yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinov öz "Facebook" səhifəsində yazıb.

 

O bildirib ki, Dağlıq Qarabağda onilliklər ərzində 67 məsciddən 63-ü dağıdılıb:

 

"Dağıdılmış tarixi və mədəni abidələrin sayı isə yüzlərlədir. Qarabağdakı yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə diqqətdən kənar qaldığı vaxtda, xristian abidələrinin guya hücuma məruz qalması barədə məlumatları vicdansızlıq kimi qiymətləndirirəm. Obyektiv yanaşma sərgiləyən istənilən müşahidəçi qeyd edər ki, Azərbaycan özünü multikultural dövlət kimi göstərir və bütün dini adətlərə yeni səviyyədə hörmətlə yanaşır. Bakı dəfələrlə Dünya dini liderlərinin sammitinin paytaxtı seçilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü