Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

25 Noyabr 2020, 14:08

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 24-də 48,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

 

Modern.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,54 dollar/barel təşkil edib. Bu, əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 46,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 46,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir