Modern.az

Qarabağda investisiya üçün geniş imkanlar yaradılacaq - Nazir

Qarabağda investisiya üçün geniş imkanlar yaradılacaq - Nazir

26 Noyabr 2020, 18:01

İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COMCEC-in 36-cı sessiyasının açılış mərasimində deyib.

 

Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi çıxış edib. İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı