Modern.az

Əsgər valideynləri Yerevanda aksiya keçirdilər: “Ordu Qarabağdan çıxsın!”

Əsgər valideynləri Yerevanda aksiya keçirdilər: “Ordu Qarabağdan çıxsın!”

Qarabağ

30 Noyabr 2020, 13:45

Qarabağda xidmət edən erməni hərbçilərin valideynləri Yerevanda yeni aksiya keçiriblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar övladlarının Qarabağdan qaytarılmasını tələb edirlər.

 

Hökumət binası önündəki aksiyada iştirak edənlərin bir qismi baş nazirin köməkçisi ilə görüşə aparılıb. Qalan etirazçılar isə hələ noybarın 28-də müdafiə naziri Vaqarşak Arutunyanla baş tutan görüş barədə danışıblar.

 

“Bizim övladlarımız istirahətə ehtiyac duyur. Onların dərhal Ermənistana qaytarılmasını, yeni sərhəd xəttində xidmət etməsini istəyirik. Övladlarımızı Qarabağdan qaytarsınlar. Biz çox narahatıq”- deyə valideynlər açıqlama verib.

 

 

Etirazçılar dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılmasına qədər övladlarının Ermənistan ərazisində xidmətə başlamasını tələb edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir