Arxiv
30 Noyabr 2020, 14:06 | ÖLKƏ
Əfsanəvi partizanın oğlu Fransaya ETİRAZ ETDİ: “Bu nankorluqdur!”

İkinci Dünya Müharibəsinin azərbaycanlı qəhrəmanı, əfsanəvi partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun ailəsi Fransaya etiraz edib.


Bu barədə Modern.az-a Ə.Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov məlumat verib. O qeyd edib ki, etirazın səbəbi Fransa dövlətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı atdığı addımlar, tutduğu mövqedir:


“Mən özüm şəxsən Fransa səfirliyinə etiraz məktubu ünvanladım. Fransanın Qarabağda gedən 44 günlük müharibənin başından bəri tutduğu mövqe bizi çox narahat edirdi. Fransa Senatının Azərbaycana qarşı qətnaməsi isə səbrimizi sınayan son addım oldu. Bu dövlətin bizim haqq mübarizəmizə qarşı münasibəti mənə həqiqətən çox təsir etdi. Axı mənim atam - Əhmədiyyə Cəbrayılov və onun kimi onlarla azərbaycanlı qəhrəmanımız Fransız xalqının azadlığı, təhlükəsizliyi uğrunda vuruşublar. Məktubda da bunu qeyd etdim. Bildirdim ki, “məhz fransız xalqına bir daha müraciət edirəm ki, sizin azadlığınız üçün atam kimi azərbaycanlılar alman faşizminə qarşı vuruşublar. Bütün bu fədakarlığı gözdən çıxarıb, mənfur erməniləri necə dəstəkləyə bilirsiniz? İkinci Dünya Müharibəsində azərbaycanlılar Fransa uğrunda vuruşmasaydılar, bu gün siz azad ölkədə yaşamazdınız. Bu gün sizin Azərbaycana qarşı hərəkətləriniz həmin azərbaycanlıların ruhunu incitməkdir”. 


C.Cəbrayılov qeyd edib ki, məktubuna Fransa səfirliyindən hələlik bir cavab verilməyib:


“Onlar mənim atamın ruhunu incidiblər. Bu mənə çox pis təsir edib. Ona görə, biz varislərin təşəbbüsü nəzərə alınana qədər mən yazmağa davam edəcəyəm. Hara lazımdırsa, ora yazacağam. Qoy Fransa hökuməti olmasa belə, fransız xalqı gerçəkləri xatırlasın. Onlar üçün kimin döyüşdüyünü yadına salsın.


Belə nankorluq olmamalıdır. Fransız xalqı üçün döyüşən biz, azərbaycanlılar, Fransanın müdafiə etdiyi isə ermənilər…  Bu ədalətsizlikdir.


Fransanın Azərbaycandakı səfrinin qəbuluna gedib, məsələni ona çatdırmaq fikrim də var. Buna imkanım olmasa belə, əlimə düşən hər bir fürsətdə Fransanın mövqeyi barədə etirazımızı onlara və dünyaya çatdırmağa hazıram. 

1990-cı ildə atam Fransadan qayıdanda qardaşımın şəhid olduğunu öyrəndi. O, bu hadisəni çox ciddi araşdırmışdı və bildi ki, qardaşımı elə məhz fransadan gələn ermənilər öldürüblər. O zaman atama bu hadisə çox pis təsir etdi”. 


Qəhrəmanın varisi fikrini görkəmli siyasi xadim Heydər Əliyevin sözləri ilə tamamlayıb:


“Ulu öndərimizin də dediyi kimi, mən fəıxr edirəm ki, azərbaycanlıyam. Biz həmişə Azərbaycanın azadlığı uğrunda döyüşmüşük. Mənim böyük və kiçik qardaşım Qarabağda döyüşüblər. Övladlarım Vətən keşiyində xidmətdədirlər. Özüm də həmişə Azərbaycanım üçün xidmətə hazıram. Bunu cəbhədə, qələmdə, mətbuatda – hər vasitə ilə göstərməyə hazıram”.


Aysel Aslan
Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54