Arxiv
1 Dekabr 2020, 17:11 | QARABAĞ
Rayonlarımızın qələbə tarixi: Azad olunmuş kənd, qəsəbə və şəhərlərin SİYAHISI

Dekabrın 1-də ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunun  erməni işğalçılarından azad olunması ilə noyabrın 10-da imzalanmış birgə Bəyanatın daha bir müddəası icra olundu.

Beləliklə, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa müharibə yolu ilə, Ağdam, Kəlbəcər, Laçın isə diplomatiya yolu ilə işğaldan azad olundu.


Modern.az xatırladır ki, şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdi.

Bura Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik daxil idi.


Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılmalıydı.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu.


Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.


27 sentyabr

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 3 oktyabr

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 4 oktyabr

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri


5 oktyabr

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 9 oktyabr

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 
  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
  • Tərtər rayonunun Çaylı kəndi

 14 oktyabr

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
  • Füzuli rayonunun Arış kəndi
  • Cəbrayıl rayonunun Doşulu kəndi

 16 oktyabr

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 17 oktyabr

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 18 oktyabr

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 19 oktyabr

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 20 oktyabr

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 21 oktyabr

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 22 oktyabr

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

 25-26 oktyabr

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

28 oktyabr

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
  • Füzuli rayonunun Mandılı kəndi
  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

30 oktyabr

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

2 noyabr

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

4 noyabr

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

7 noyabr

  • Füzulirayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri
  • Cəbrayılrayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
  • Qubadlırayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
  • Zəngilanrayonunun Beşdəli kəndi
  • Xocavəndrayonunun Ataqut, Tsakuri kəndləri
  • XocalınınQarabulaq, Moşxmaat kəndləri

8 noyabr  

  • ŞUŞA şəhəri

9 noyabr

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri
  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi
  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 10 noyabr

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılmalıdır.

20 noyabr

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Rayonda ümumilikdə 138 yaşayış məntəqəsi var.

25 noyabr

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

1 dekabr

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22