Arxiv
1 Dekabr 2020, 20:20 | AKTUAL
Stalin haqqında miflər və əfsanələr

“Ellər atası” İosif Stalinin şəxsiyyəti barədə saysız-hesabsız miflər və əfsanələr yayılıb. O, hakimiyyəti qəsb etmiş totalitar lider, adı sürgünlər və repressiyalarla bağlı qanlı diktator və İkinci Dünya müharibəsinin triumfatoru kimi məşhurdur. İllər keçəndən sonra da bu odioz və koloritli personajın şəxsiyyətinə maraq azalmır. Onun qədər məşhur siyasi lider tapmaq çətindir. Onun adı çəkiləndə bəzilər qıcıqlanır, kimdəsə bu ad qəzəb, kimdəsə hörmət, kimdəsə qorxu hissləri oyadır. Amma bu xarizmatik və hərtərəfli siyasətçinin müasirlərindən heç kəs ona laqeyd qalmayıb.

 

Modern.az xəbər verir ki, Stalinin tərcümeyi-halında Bakı taleyüklü rolu oynayıb. Stalin təxəllüsü ilə daha çox məşhur olan İosif Cuqaşvilinin inqilabi fəaliyyəti buradan başlanır. Stalinin gələcək xanımı Nadejda Alliluyeva ilə tanışlığı da Bakı ilə bağlıdır. Stalinin ailəsində yayılmış əfsanəyə görə, İosifin təxminən 20 yaşı olanda, daha dəqiq desək 1903-cü ildə ikiyaşlı Nadejda Alliluyeva Bakıda sahildən dənizə yıxılır və İosif qızcığazı xilas edir. Bundan sonra İosif və Nadejda yalnız 1917-ci ilin mart ayında yenidən görüşəcək və daha sonra evlənəcəklər.

 

“Ellər atası”nın həyatından Bakı ilə bağlı daha bir maraqlı epizod var. Bu epizod 1943-cü ildə Stalinin İkinci Dünya müharibəsinin nəticəsini faktiki olaraq qabaqcadan həll etməsi məşhur Tehran konfransına səfəri ilə bağlıdır. Serqey Brilyovun “Vesti v subbotu” verilişinin növbəti efiri həmin səfərin marşrutuna həsr edilmişdi.

 

1943-cü il noyabrın 25-nə keçən gecə Kuntsevo dəmiryolu platformasından bir qatar yola düşdü. Bu qatarın marşrutu haqqında bir qrup şəxsdən başqa heç kəs heç nə bilmirdi. Qatar Stalinqrada çatandan sonra Kotelnikovo tərəfə dönür, Qızlar və Mahaçqaladan keçərək Bakıya gedirdi. Liter qatarının hərəkətinin maksimal təhlükəsizliyini təmin etmək üçün mazutla dolu parovozdan istifadə etmək qərara alınmışdı. Buna görə qatarı Bakıya qədər aparan parovozun briqadası cəmi iki nəfərdən ibarət idi — maşinist və onun köməkçisi.

 

Sergey Brilyov deyib: “Biz Stalinin marşrutu haqqında bütün xatirələri, bütün versiyaları araşdırdıq. Bir versiyaya görə, Stalin Moskvadan uçub, təyyarə Krasnovodskda yerə enib, sonra İranın Ənzəli limanına qədər katerdə üzüb keçib və oradan Tehrana gedib, yəni ümumiyyətlə Bakıda olmayıb”.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə bu barədə başqa fikirdədir: “Bu versiyaların müəlliflərini incitmək istəmirəm, amma bunlar hamısı miflər və əfsanələrdir”.

 

Mixail Qusman Stalinin tərcümeyi-halında bu mübahisəli epizod haqqında öz atası Solomon Qusmandan eşidib. İxtisasca həkim olan Solomon Qusman 1941-ci il iyun ayında cəbhəyə göndərilmiş, amma 1943-cü ildə gözlənilmədən, içərisində xüsusi əhəmiyyətli sərnişinləri olan liter qatarının Bakıya gəlməsi haqqında depeşa alındıqdan sonra geriyə, Bakıya çağırılmışdı. Qatar Stalini aparırdı…

 

Mixail Qusman deyib: “Atam danışırdı ki, kortej şəhərə tərəf hərəkət etdi, dağüstü parka qalxdı (həmin park indi də mövcuddur), amma heç kim maşınlardan çıxmırdı. Stalin yalnız pəncərəni saldı. Şəhərdə işıqlar yanırdı. Onlar bir neçə dəqiqə orada dayandılar və Teymur Quliyevin bağına getdilər, Stalin gecəni orada keçirdi. Və səhər tezdən, saat altıda onlar bağdan çıxdılar və artıq səhər saat yeddidə təyyarə Tehrana yola düşdü”.

 

Tehran konfransında Çörçill Stalinə bir qılınc təqdim etdi. Həmin qılıncın tiyəsində bu sözlər yazılmışdı: “Stalinqradın polad kimi möhkəm vətəndaşlarına, Britaniya xalqının heyranlıq əlaməti olaraq Kral VI Georqdan”.

 

Bu sirli marşrutla bağlı daha bir əlamətdar hədiyyə var. Stalinqrad dəmir yolunun Kotelnikovo stansiyasında Stalin dəmiryolçularla və stansiyanın depo işçiləri ilə görüşüb. Həmin görüşün iştirakçıları 1949-cu ildə Stalinin 70-illiyi şərəfinə bu əlamətdar hadisə haqqında xatirə kimi, sovet hökumət nümayəndə heyətinin Tehran konfransına getdiyi qatarın maketi şəklində stolüstü mürəkkəbqabı dəsti hazırlayıb onu generalissimusa hədiyyə edəcəklər. Hazırda bu hədiyyə “Stalinqrad vuruşması” muzey-qoruğun fondlarında saxlanılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50