Arxiv
2 Dekabr 2020, 11:43 | DÜNYA
Ermənistanın hərbi texnika itkisi 3,8 milyard dollar təşkil edir - ŞƏRH  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikasının dəyərinin minimum qiymətləndirməsini həyata keçirib. Mərkəzin departament rəhbəri Ayaz Museyibovun hesablamalarına görə minimum qiymətləndirmə ssenarisi əsasında itki ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

Modern.az onun şərhini təqdim edir:  


- İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında  ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

 
44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub.

 
Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.

 
2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Ancaq, Ermənistan cəmi 44 gün ərzində 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.


İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikasının dəyəri Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Konvensional Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də kobudcasına pozduğunu və limitdən artıq silah və hərbi texnikaya malik olduğunu da aydınlaşdırdı. Cəmi 716 milyon ABŞ dolları həcmində hərbi büdcəyə malik olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla izah olunmur. Belə ki, 2,32 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək üçün yetərli deyildir. Bu isə bir daha ötən 30 il ərzində Ermənistanın qanunsuz formada və əvəzi ödənilmədən silahlandırılması faktına diqqət çəkir. Təsadüfi deyildir ki, əvəzi ödənilmədən Ermənistana verilən hərbi texnika və vasitələr sonradan bu ölkənin sərvətlərinin üçüncü tərəflərə güzəştə gedilməsinə də səbəb olub. Belə ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da qeyd olunduğu kimi “dalanda dirənmiş” bu ölkə enerji, nəqliyyat, logistik və kritik infrastrukturunun fəaliyyəti üzrə üçüncü ölkələrdən tamami ilə asılı vəziyyətə düşüb.

  
Müharibənin elə ilk günündən etibarən “Hayastan” və digər fondlar vasitəsi ilə Ermənistan üçün “humanitar yardım” toplanması da Ermənistanın resurs müharibəsindəki zəifliyinə nümunədir. Bu, həm Ermənistanın Azərbaycanla müharibə aparma potensialının olmamasını, həmçinin adi şərtlər altında bu ölkənin heç bir müstəqil iqtisadi və hərbi gücə malik olmadığını göstərir. Cari il üzrə 7 faizlik geriləmə proqnozuna malik, hərbi məğlubiyyətə uğrayan, ciddi ərzaq təhlükəsizliyi problemi, demoqrafik böhran yaşayan, pandemiyanın  tüğyan etdiyi və hazırda davam edən siyasi böhran Ermənistan üçün yaxşı gələcək vəd etmir. 200 milyon ABŞ dolları civarında yığılan “humanitar fond”, müxtəlif ölkələrin maddi yardımları da, erməni fikir adamlarının təbirincə desək, “tarixinin ən fəlakətli günlərindən biri”ni yaşayan ölkə üçün kifayət etməyəcəkdir. Yalnız Azərbaycan və onun müttəfiqi Türkiyə ilə normal münasibətlərin qurulması “məğlub ölkə” sindromundan hələ uzun illər əziyyət çəkəcək Ermənistan üçün yeganə çıxış yoludur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54