Arxiv
3 Dekabr 2020, 16:37 | AKTUAL
“Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq kənd və qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Modern.az xəbər verir ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer kəndlərində içməli su layihələri həyata keçirilir.

Gədəbəy rayonunun Tərsyer kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Tərsyer kəndi Tovuz rayonunun kəndlərinə yaxın ərazidə yerləşdiyindən kəndin su təchizatı Zəyəmçay-Tovuz su xəttindən aparılır. Bu məqsədlə magistral kəmərdən kəndə 3 km uzunluğunda su xətti çəkilib. Tərsyer kəndinə çəkilmiş su xətti Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisindən keçdiyi üçün həmin kəndə də suyun verilməsi qərara alınıb. Layihə çərçivəsində kəndlərdə 2 km paylayıcı şəbəkə yaradılıb və əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində Tərsyer və Dönük Qırıqlı kəndlərinin sakinlərinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Tovuz  rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərinə isə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 km uzunluğunda magistral kəmərin, eyni zamanda kəndlərdə 2 km paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 16 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Düz Cırdaxan və Cəlilli kəndlərinin içməli su problemi həll ediləcək.

Qeyd edək ki, bu kəndlərin əhalisi uzun illər Tovuz və Zəyəm çaylarının  suyundan istifadə edib və son illər müşahidə olunan quraqlıq səbəbindən sakinlər içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalırdı.  

2020-ci ilin ötən dövrü ərzində “Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub. Yaşayış məntəqələrində həyata keçirilən layihələrin bir qismi cari ilin sonu, bir qismi isə gələn ilin əvvəlində yekunlaşacaq.

Cari ildə dövlət investisiya proqtramı çərçivəsində isə Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirli, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşahağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54 Xırdalandakı partlayışda yaralananların ADLARI 25 Yanvar 2021, 22:43 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər” 25 Yanvar 2021, 22:36 Bayden transgenderlərin orduda xidmətinə icazə verdi 25 Yanvar 2021, 22:22 AŞPA-dakı bəzi qruplar vəziyyəti qızışdırmağa çalışırlar - Səməd Seyidov 25 Yanvar 2021, 22:15 Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO 25 Yanvar 2021, 22:04 ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev 25 Yanvar 2021, 21:51 Partlayış ərazisindən yeraltı qaz kəməri keçmir - “Azəriqaz” 25 Yanvar 2021, 21:42 Avropa İttifaqı peyvəndin başqa ölkələrə daşınmasını məhdudlaşdıracaq 25 Yanvar 2021, 21:29 General Xırdalandakı hadisə yerinə gəldi 25 Yanvar 2021, 21:14 Baş nazir Mədəniyyət Nazirliyinə tapşırıq verdi 25 Yanvar 2021, 20:54 Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq 25 Yanvar 2021, 20:45 Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi 25 Yanvar 2021, 20:22