Arxiv
3 Dekabr 2020, 18:55 | MƏDƏNİYYƏT
Vətən müharibəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq
Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq. Dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr  olunmuş dəyirmi masa keçirilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə iştirak edib.

Modern.az xəbər verir ki, dəyirmi masada çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər və zabitlərimizə şəfalar diləyib.

 

F.Əlizadə qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı  musiqi əsərləri yaradılıb. Onların sırasında  Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Qarabağ harayı” 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında qeyd edib ki, şanlı Ordumuzun bu zəfəri eyni zamanda bütün türk dünyası üçün, bütün müsəlman aləmi üçün böyük mahiyyət kəsb edir. İncəsənətin rəsm, musiqi, heykəltəraşlıq və s. sahələrində fəaliyyət göstərən yaradıcı insanlar öz əsərlərində daima xalqın qəhrəmanlarını vəsf edən sənət nümunələri yaradıblar. Məsələn, Firəngiz Əlizadənin “İntizar” operasında öz təzahürünü tapan böyük xilaskar obrazı bugünkü qələbənin carçısıdır.

 

Vaqif Əliyev qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin qəhrəmanları haqqında da müxtəlif janrlı əsərlər yaranacaq. Bildirib ki, biz bəstəkarlarımızdan Azərbaycan musiqisini dünya miqyasında təmsil edə biləcək yeni möhtəşəm, iri həcmli musiqi əsərləri gözləyirik.

Müzakirələrdə iştirak edən bəstəkarlar – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Xalq artistləri Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov., bəstəkarlar İlham Azmanlı və Fərid Fətullayev öz fikirlərini bölüşüb, yeni yaradıcılıq ideyaları haqqında fikir mübadiləsi aparıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54