Modern.az

Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO

Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO

4 Dekabr 2020, 15:55

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev özünə yeni müavin təyin edib.

 

Rayon icra hakimiyyətindən Modern.az-a bildirilib ki, icra başçısının 04.12.2020-ci il tarixli əmri ilə Vüqar Məmmədov başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

 

Qeyd edək ki, Məmmədov Vüqar Xanlar oğlu 15 oktyabr 1978-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetini bitirib.

 

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olub.  2002- 2007-ci illərdə  orta məktəbdə müəllim işləyib. 

 

2007-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətində hüquqşunas-məsləhətçi, Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə şöbədə böyük məsləhətçi, İnformasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi daha sonra həmin sektorun müdiri işləyib.

 

 “Dağlıq regionlarda sosial-iqtisadi inkişaf, işsizlik əleyhinə mübarizə və turizm problemləri” mövzusunda 2003-cü ildə 6 ay müddətinə İspaniyanın Saraqosa Universitetində və İtaliyanın Belluno tədris mərkəzində təhsil alıb. 

 

2007-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” analitik- informasiya sisteminin – RİAİS proqram təminatı üzrə kursu bitirmişdir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin 04.12.2020-ci il tarixli əmri ilə Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

 

Xatırladaq ki, bundan əvvəl bu vəzifədə işləyən Cavanşir Qocayev dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə təqaüdə göndərib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı