Modern.az

Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı

Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı

5 Dekabr 2020, 09:48

Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər:

 

"Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır