Modern.az

Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”

Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”

5 Dekabr 2020, 17:26

“Azərbaycanlı qardaşlarımızın mübarizəsi sayəsində bu gün Qarabağ səmalarını artıq əski parçaları deyil, ay-ulduz bəzəyir”.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlığının rəmzi olaraq qürurla Dağlıq Qarabağda dalğalanır.

“Qarabağda qazanılan zəfər Azərbaycana beynəlxalq hüquq, diplomatiya və hərbi baxımdan ana südü kimi halaldır".


Türkiyə prezidenti bildirib ki, Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə hər zaman və hər yerdə haqlı olaraq məzlumların yanında yer tutacaq.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu