Modern.az

Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO

Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO

5 Dekabr 2020, 17:52

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?