Arxiv
22 Dekabr 2020, 09:00 | ƏDƏBİYYAT
Qeyri-adi Qonçarov

Rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri İvan Qonçarovdur. Onun “Adi əhvalat”, “Oblomov”, “Yargan” romanları bizim oxuculara da yaxşı tanışdır. Bu əsərlərin (səhv etmirəmsə) hamısı dilimizə yüksək səviyyədə tərcümə edilib. Xüsusilə, Hüseyn Şərifin tərcüməsində nəşr edilən “Oblomov” romanı oxuculara yaxşı tanışdır.

   
İvan Qonçarov ailə qurmamışdı, özü də bir çox qəribəlikləri ilə fərqlənirdi. Yazıçı uzun illər dövlət məmuru kimi fəaliyyət göstərib. Amma o dövrün ziyalıları ilə də yaxından tanış olub. Əvvəllər onun ən sevimli dostlarından biri  İvan Turgenevlə olub. Hətta, onlar universitetdə birgə təhsil almışdılar. Yeri gəlmişkən, Mixail Lermontov, Konstantin Aksakov, Vissarion Belinski də onun təhsil yoldaşları olmuşdu. Qəribə xasiyyətli Qonçarovun iddialı və təkəbbürlü Lermontovdan elə də xoşu gəlmirdi.

 
 İvan Qonçarov bir dəfə öz həmkarı və dostu Turgenevə yeni roman (“Yarğan”) üzərində işlədiyini bildirmiş, ona əsərin qısa məzmununu danışmışdı. İvan Qonçarov öz məşhur qəhrəmanı Oblomov kimi bir qədər tənbəl idi, ləng yazırdı. O birisi İvan, yəni Turgenev isə çox məhsuldar idi. Qısası, aradan az bir müddət keçmiş Turgenev “Zadəgan ocağı” (deyəsən, bizim dilimizdə bu əsər həm də “Dvoryan yuvası” kimi nəşr edilib) romanını bitirir. Yazıçı yaxın bildiyi dostları, o cümlədən Qonçarovu  malikanəsinə dəvət edib yeni əsəri oxuyur və təbii ki, rəylərlə tanış olmaq istəyir. Yazılanları dinləyən Qonçarov hiddətlənib cin atına minir. Və öz qəzəbini elə oradaca İvana bildirir, həmkarını plagiatlıqda suçlayır. Turgenev dostunun bu hərəkətindən çoz təsirlənir və deyir ki, heç bir “oxşarlıqdan” söhbət gedə bilməz. Və onu da əlavə edir: “əgər sən belə hesab edirsənsə ki, əsərdə plagiat hissələr var, onda mən bu əsəri elə bu dəqiqə hamının gözü önündə yandıra bilərəm”.  Qonçarov cavabında deyir ki, əsəri yandırmaq lazım deyil, saxla, halal edirəm... Müəyyən mübahisə və çək-çevirdən sonra onlar ümumi razılığa gəlib əsərlərdəki oxşar epizodların bir çoxunu dəyişdirirlər.

   
Həddindən artıq vasvası olan, üstəlik özü uzun illər “senzor” işləmiş  Qonçarov başqa bir əsərə görə də keçmiş dostu Turgenevə “ilişmişdi”. Yazıçı indi də öz həmkarının “Bahar suları” povestində (habelə “Ərəfə” əsərində)  “Adi əhvalat” romanından plagiatlıq etdiyini iddia edirdi.

     
Qonçarov hətta öz dostunu məhkəməyə vermişdi. Bu, Rusiya tarixində plagiatlığa görə baş tutan ilk məhkəmə hesab olunur. Bəli, məhkəmə əsərlərdəki “oxşar” yerləri diqqətlə nəzərdən keçirir, həmin bu məsələ ilə bağlı digər peşəkar yazıçıların da rəylərini öyrənir. Və sonda məhkəmə hakimi belə bir qərar qəbul edir ki,  hər iki əsərdə sadəcə olaraq ideya yaxınlığı vardır. Çünki hadisələr eyni ölkədə baş verir, qəhrəmanlar eyni sosial sinfin nümayəndələridir. Elə “oxşarlıqlar” da bununla bağlıdır. Amma heç bir plagiatlıqdan söhbət gedə bilməz.

   
Sonralar uzun müddət ədəbiyyatçılar da belə bir “plagiatlığın” olub-olmaması ilə bağlı mübahisələr etmişlər. Amma son nəticədə böyük əksəriyyət o zamankı məhkəmə qərarını ədalətli hesab etmişdir.

   
Artıq yuxarıda qeyd olunduğu kimi, İvan Qonçarov ailə qurmamışdı. Amma necə deyərlər, o, sevmiş və sevilmişdi. Ədibin vurulduğu qızlardan biri Yelizaveta Vasilyevna Tolstaya idi. Bu o zaman idi ki,  İvan Aleksandroviçin artıq 43, Yelizavetanın isə cəmi 16 yaşı vardı. İvan öz sevdiyi qıza 30-dan çox məktub yazıb göndərmiş, öz dəruni düyğularını ifadə etmişdi. O, sonralar bu məktubların bir çoxundakı fikirləri öz əsərlərində, xüsusən  “Oblomov” romanında “əridib”  istifadə etmişdi.

  
Amma qəribə xasiyyətli Qonçarovun sevgisi cavabsız qalır. Çünki gənc və gözəl  Yelizaveta Vasilyevna bu zaman başqa bir adamı sevirdi. Bu, Aleksey İvanoviç Musin-Puşkin idi. Məsələ burasında idi ki, məşhur Puşkinlərlə məşhur Tolstoylar tarixən qohum, dalanəvəsi idilər. O zamankı çar Rusiyasının mövcud qanunları qan qohumlarının evlənməsini yasaq etmişdi. Amma bu iki gəncin səadətə qovuşmasında Qonçarovun da rolu az olmadı. Belə ki, Aleksey İvanoviç öz tanışları vasitəsi ilə öz sevimlisi gözəl Yelizavetanın gənc Musin-Puşkin ilə ailə qurmasını reallaşdıra bildi, onlara xeyir-dua verdi. Bu da yazıçının qəribəliklərindən biri sayıla bilər.

   
Onlar- İvan ilə Yelizaveta bir də səkkiz ildən sonra  rastlaşdılar. Həmin vaxt üç uşaq anası olan Yelizaveta Vasilyevna Tolstaya dul idi.  Amma artıq onların təzədən qovuşması mümkün deyildi. Qonçarov xeyli dəyişmiş, kökəlmiş, qocalmışdı.

   
İvan Qonçarov son nəfəsinəcən Yelizaveta Vasilyevna Tolstayaya olan sevgisini qəlbində və ruhunda yaşatdı...

  
Məşhur “Adi əhvalat” əsərinin məşhur  müəllifi bax belə qeyri-adi hərəkətləri ilə fərqlənirdi.


Firuz Mustafa

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00