Arxiv
24 Dekabr 2020, 13:09 | REPORTAJ
Vətəni yaşadanlar: Ərdoğanın təriflədiyi xüsusi təyinatlı - Şəhid Valeh Bədəlov

Sentyabrın 27-dən başlayaraq işğalçı erməni təxribatlarına qarşı əks-hücum əməliyyatı keçirən Azərbaycanın şanlı Ordusu qısa bir zamanda illərdir sürən haqq savaşımızı Qələbə ilə başa vurdu. Bu haqq savaşında Zəfər qazanmağımızın səbəbini Azərbaycanın qəhrəman igidlərinə, canı bahasına səngərdə döyüşən oğullarımıza borcluyuq. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi, qazilərimizi unutmamalı, unutdurmamalıyıq.


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2800-dən çox əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəlib

Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.

Bu dəfə qəhrəmanlığından danışacağımız şəhidimiz baş leytenant, kəşfiyyat taborunun komandiri Valeh Bədəlovdur.


Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Şəhid zabitimiz anasının işlədiyi Aşağı Tala kənd 3 saylı tam orta məktəbini əla qiymətlərlə bitirərək, yüksək balla Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) Filologiya fakültəsinə qəbul olunub. Universiteti müvəffəqiyyətlə bitirən Valeh, hərbi xidmətə yollanıb.

Daha ətraflı ailə üzvlərindən eşidək.


Atası Vahid kişinin sözlərinə görə, Valeh orta məktəb illərindən hərb sahəsinə çox meylli olub:


“Orta məktəb illərində keçirilən hərbi-idman yarışlarında, təlimlərində çox fəallıq göstərirdi. Hərbi təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı. Mövsüm zamanı ova gedəndə Valeh də bizlə gələrdi. Valeh hər danışanda gələcəkdə hərbçi olacağını və ermənilərin torpaqlarımızdan çıxarılmasında iştirak edəcəyini deyirdi”.

Valeh sözünün üstündə də durdu. O, hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qoşunlarda xidmətini davam etdirən zaman həmin müddətdə 3 il kurs keçdi. Təlimlərdə birinci yer tutduğu üçün ona leytenant rütbəsi verildi.



Valeh Bədəlov 2016-cı ilin aprelində Cəbrayıldakı Lələtəpə uğrunda gedən döyüşlərdə öz vətənpərvərliyini və qorxmazlığını nümayiş etdirib.


Vətən müharibəsinin ilk günlərində isə Murovdağ zirvəsinin azad olunmasında böyük mərdlik göstərmiş şəhidimiz, daha sonra Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.


Anası Südabə xanım: “Oğlum əsl hərbiçi idi. O, işləri barədə həyat yoldaşına belə heç nə danışmazdı. Adətən hərbi təlimlərə qoşulur, hərbi sirlərə yiyələnirdi. Türkiyədə keçirilən təlimlərdə iştirak etmişdi. 2018-2019-cu illərdə qardaş ölkədəki təlimlərdə fərqləndiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ön sıraya çıxararaq, “əsl zabit belə olar” demişdi”.


Şəhidimizin bacısı Vüsalə Bədəlova qardaşı ilə bağlı xatirələrindən danışıb:


“Qardaşım məndən üç yaş böyük idi. Kitab oxumağı çox sevirdi. Bir kitabı oxumağa başladığı zaman, bitirənə qədər dünya ilə əlaqəsi kəsilərdi. Uşaq vaxtı hər zaman kosmonavt olacağını deyərdi. Dörd yaşı olanda anam ona Puşkinin “Qafqaz” şeirini öyrətmişdi. Sonralar da həmişə stulun üstünə çıxıb o şeiri deyirdi, mən də heyran-heyran baxırdım. Elə bilirdim ki, doğrudan da dağın başında durub.

Qardaşım ailəsinə, uşaqlarına çox bağlı olub. İki qızı var, Aylin və Nilay. Atası evə gec gələndə böyük qızı ağlayırdı ki, atam hardadır. İndi də çox axtarırlar. Hər gün soruşur ki, atam nə zaman gələcək…

Biz onun haqqda indi döyüş yoldaşlarından eşdirik, necə zabit olub, necə döyüşüb. Yoldaşları deyir ki, Valeh olmasaydı, biz ölmüşdük. O, çox araşdırır, çox oxuyurdu. Üç dil bilirdi.

Mən qardaşımla həmişə qürur duymuşam. İndi də ürəyim yanır, hisslərimi ifadə edəcək söz yoxdur dünyada. O, uşaqlarına fəxrlə daşıyacaqları ad qoyub, ölümü ilə belə ailəsinin başını uca edib. Bundan başqa nə deyim”.



Döyüş yoldaşları da Valehin qəhrəmanlıqlarından ağızdolusu danışırlar:


“Döyüşdə ilk dəfə iştirak edənlərimiz var idi. Bəzilərimiz bir az çəkinirdik, bizə tapşırmışdı ki, döyüşdə mənə baxın, özünüzü itirməyin, bir gözünüz məndə olsun.

Cəbrayıl uğrunda gedən döyüşlər zamanı, okytabrın 3-ü o bizdən aralıda idi. Ayağa durub, qaça-qaça biz tərəfə gəlməyə başladı, erməni də görüb atırdı. Qışqırdıq ki, yerə yat komutan, yatmadı elə qaçaraq yanımıza gəldi. Çatanda gördük ki, bir güllə şalvarını deşib keçib, bir güllə də kaskasına dəyib. Burnu belə qanamamışdı. Bizə göstərib dedi, baxın, biz bura canımız bahasına torpaqlarımızı almağa gəlmişik, heç nədən qorxmaq lazım deyil. Valeh koordinatları arxaya çox dəqiq ötürürdü”.


Bacısının sözlərinə görə, hər zaman qardaşı gələndə həyət qapısında qarşılayarmışlar. Bu dəfə cansız cismini qarşılayıblar…



“Biz həmişə Valeh məzuniyyətə gələndə həyət qapısında qarşılayırdıq. Yaxınlaşanda Zeynəb (yoldaşı) xəbər verirdi. Çıxırdıq qapıya...

Oktyabrın 7-si ölüm xəbəri gələndə anam işdə idi. Anamı görənə qədər nə edəcəyimi bilmirdim. Anam gəldi, dedi qardaşını həmişəki kimi qarşılayıb, yola salacağıq. Mənim oğlum bu yolu özü seçdi. Ağlayıb, qışqırıb onu sındırmaram.

Elə də etdik…”


Şəhidimiz Qarabağ münaqişəsi ilə yaşıddır. Elə bil dünyaya bu müharibəyə son qoymaq üçün gəlibmiş…


Valeh Bədəlova öldükdən sonra Vətən müharibəsində şücaətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı  verilib.


Ruhun şad olsun, cənab baş leytenant!


Allah rəhmət eləsin!


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:06 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36