Arxiv
8 Yanvar 2021, 14:44 | ÖLKƏ
Həsən Həsənov səfir postundan geri çağırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Həsən Həsənov mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunmuş eks-nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist Partiyasının zamanından yüksək vəzifələr tutub. O, Bakı şəhəri Səbail Rayon Partiya Komitəsinin 1-ci katibi (1975-1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi (1978-1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi (1979-1981) vəzifələrində çalışıb.

1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə, tikinti məsələləri üzrə, iqtisadiyyat məsələləri üzrə katibi olub.

Eks-prezident Ayaz Mütəllibov zamanında, 1991-1992-ci illərdə H.Həsənov Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb.

AXC hakimiyyətə gələndən sonra o, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi təyin edilib və 1992-1993-cü illərdə bu vəzifədə çalışıb.

Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Həsənov Bakıya çağırılaraq, nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə mərhum prezident tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.

İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. O, Azərbaycanın Polşadakı səfiri təyin olunub.

Həsən Həsənov siyasi və dövlət xadimi, diplomat olmaqla yanaşı, alim- tarix elmləri doktorudur.
2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.


Həsən Həsənov elmi fəaliyyətdən əlavə bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrınn səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar” pyesinin müəllifidir. H.Həsənov “Tarixin hədəfi” (“Tarixin fəlsəfəsi”), Nəriman Nərimanovun  milli dövətçilik baxışları və fəaliyyəti, “Türklüyümüz”, “Misir amuleti və ieroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, “Azərbaycanın Avropaya inteqrasiyası” əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.

81 yaşlı H.Həsənov Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.

Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə 22 Yanvar 2021, 17:40 Azərbaycanda daha bir vəkil vəfat etdi 22 Yanvar 2021, 17:26 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək 22 Yanvar 2021, 17:20 Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40